Maliyyə bilikləri hər kəs üçündür: AccessBank-dan Tələbələrin Akselerasiya Proqramına dəstək
®AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, cəmiyyətin həssas qruplarının bilik və bacarıqlarının inkişafına dəstəyini davam etdirir.
Təlimlər DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində təşkil olunur. Proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarını artırmaqla onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək verməkdir.
AccessBank-ın dəstəyi ilə həyata keçirilən təlimlər zamanı iştirakçılarla büdcə planlaması, qənaət vərdişlərinin formalaşdırılması, səmərəli maliyyə idarəçiliyi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən düzgün istifadə mövzularında interaktiv və praktik sessiyalar keçirilib. Təlimlər iştirakçılara gündəlik həyatda qarşılaşdıqları maliyyə qərarlarını daha məlumatlı və inamla vermək imkanı yaradıb.
AccessBank-ın KSM strategiyasının prioritet istiqamətlərindən biri məhz sosial həssas qrupların iqtisadi bilik və bacarıqlarının artırılmasıdır. Bank gələcəkdə də bu kimi layihələrə fəal şəkildə dəstək verməyə, inklüziv və bilik əsaslı cəmiyyətin qurulmasına töhfə verməyə davam edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?