Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır
®Mastercard və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən "Sustainability Sandbox Hackathon" virtual müsabiqəsinə start verilir. Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.
Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr "Mastercard"s Sandbox as a Service" platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir", - Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirir.
Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Daha ətraflı məlumat üçün: [email protected]. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?