"Məktəbli formalarını kim istəsə tikib sata bilər - İCAZƏ TƏLƏB OLUNMUR" - MÜSAHİBƏ

Yeni tədris mövsümü yaxınlaşdıqca (sentyabrın 15-dən başlayır) məktəbli formaları mövzusu aktuallaşır.
FED.az xəbər verir ki, məktəb formaları mövzusu təkcə məktəbli və valideynləri narahat etmir. Ölkədəki, irili-xırdalı onlarla tikiş fabriki və sexlər, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün dərs ili və məktəbli formaları böyük biznes və gəlir mənbəyidir.
İndiyədək bu iş müxtəlif formalarda qeyri-rəsmi olaraq "Bakı Tikiş Evi"nə həvalə edilirdi. Məktəblərdə şacirdlərdən yalnız üzərində bu şirkətin BTE işarəsi olan formalar tələb edilirdi.
Bu ildən vəziyyət dəyişib. Əvvəla təhsil nazirliyi elan edib ki, ümumiyyətlə məktəbli forması yalnız tövsiyyədir, formanın olması xüsusi tələb olunmayacaq. Digər tərəfdən, məktəbli formalarının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi bazarın bütün iştirakçılarına bu bazara daxil olmaq imkanı verir.
FED.az "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov ilə müsahibəsini təqdim edir:
-  Etibar müəllim, Nazirlər Kabineti mart ayından yeni məktəbli formalarının nümunələrini təsdiqləyib. "Bakı Tikiş Evi" satışa nə vaxtdan başlayacaq?
- Avqustun 10-dan sonra məktəbli formalarının satışı başlayacaq.
- Bəs məktəbli formalarnın qiymətləri necə olacaq?
- Bu hələ təsdiqlənməyib. Gələn həftəyə qiymətlət təsdiq olunacaq. Çünki parçaların hamısı gətirilməyib, yoldadır. Bu da bizim üçün çox vacibdir. Parçanın qiymətini bilmədən qiyməti təsdiqləmək mümkün deyil. Ona görə parçalar gəlsin, biz də betün əlavə xərcləri hesablayaq, sonra qiyməti açıqlayacağıq.
- Fornma tikilişi üçün parçalar haradan gətirilir?
- Parçalar Türkiyə, Belarus, Özbəkistandan gətirilir.
- Etibar müəllim, əsas məsələlərdən biri - müəllif hüquqlarını necə qoruyursunuz? Çünki hər il məktəbli formaları, onun harada istehsal edilməsi, məktəblirin icazə veriməsi ilə bağlı mübahisələr başlayır.
- Əslində bura açıq bazardır. Kim nə istehsal edirsə, satsın. Lakin onun üzərinə "BTE" sözünü yazmasınlar. Çünki artıq bu, qanun pozuntusu hesab olunur. Bununla əlaqədar müvafiq təşkilatlara məktub yazmışıq, dəfələrlə də məsuliyyətə cəlb olunublar. Ancaq Bakı şəhəri məktəb mövsümündə demək olar ki, ancaq bu işlə məşğuldur. Ona görə belə tikiş fabriklərinin qarşısını tam almaq mümkünsüzdür. Yəni istənilən kimi mübarizə apara bilmirik, 1, 5, 10 nəfər deyil, çox saydadırlar. Hamı zirzəmidə saxladığı və heç bir sertifikatı olmayan parçalardan məktəb formaları tikirlər və üzərinə də "BTE" yazdırıb satışa çıxarırlar. Görək bu il necə olacaq. Çünki köhnə formalar bu il üçün də istifadə ediəcək, amma gələn gələn məktəb mövsümündə yeni formalar işlənəcək.
- Yeni formaların istifadəyə verilməsi müəllif hüquqları məsələsiylə mübarizədə rol oynayacaq?
- Xeyr, yenə yeni formalar tikib üzərinə "BTE" yazacaqlar. Bu insanlar saxtakarlığa öyrəşiblər.
- Bəs başqa tikiş fabriklərinin məktəbli formaları tikməyə icazəsi yoxdur?
- Burada icazə söhbəti yoxdur. Bizə də heç kim ayrıca icazə vermir, nə də ki, demirlər ki, tikməyin, ya da bunu bu şirkət və ya başqa şirkət tiksin. Elə bir qayda yoxdur. Heç bir tikiş fabrikinə plan qoyulmayıb, sifariş verilməyib. Bura açıq bazardır. Sadəcə Nazirlər Kabineti məktəbli forması modelini 4 rəngdə təsdiq edib. Onun 2 rəngini biz istehsal edib satışa verəcəyik. Digər 2 rəngini, yaxud elə bizim tikəcəyimiz 2 rəngdəki formaları da kim istəsə yenə tikib sata bilər. İstehsal tələbatdan asılıdır. Tələbat böyük olsa, çox da istehsal olunacaq, ya da əksinə. Burada məcburiyyət yoxdur, kim nəyi istəyir onu satışa çıxaracaq. Valideynlər də hansı mal keyfiyyətlidir, onu alacaq.
- Ümumiyyətlə bu il üçün istehsal həcminiz nə qədər nəzərdə tutulub?
- Bu məsələlər çox gec həlk olundu, geyim forması mart ayında təsdiq olundu. Biz də sifarişləri verənə kimi xeyli vaxt çəkdi. Bizdə pololar təmiz pambıqdır, şalvar və ətəklər də 60% yun, 40% poliester. Jaketlər də yenə yun və poliesterdir. Bunları da tapıb sifariş vermək vaxt aparır. Çünki əvvəllər faiz göstərilmirdi (parçanın tərkibində), indi isə faiz göstərilir. Ona görə də gərək sifariş də həmin parçadan olsun. Bizim də sifarişimiz 45 gün çəkir, bu vaxta ancaq parçanı istehsal edirlər. Toxunuşa və rənglənməyə də o qədər vaxt lazımdır. Sonra da həmin parçalar "TIR"larla gəlir. Bu proses də 2,5-3 ay vaxt aparır. Ona görə də bizim indi böyük istehsala gücümüz çatmır, çünki parçalar tədricən gəlir. Amma çalışacağıq ki, istehsalımızı artıraq.
İlk növbədə nəyə tələbat varsa onu istehsal edəcəyik. Məsələn indi bir qolsuz köynək, bir şalvar lazımdır, payızda isə uzun qol köynək, şalvar, jaket lazım olacaq. Artıq payıza qədər biz çalışacağıq ki, hamısını istehsal edib satışa çıxaraq.
- Belə başa düşdüm ki, 4 rəngli forma nümunəsindən 2-sinin icazəsi sizə verilib?
- Burada icazə məsələsi yoxdur, hansı formanı istehsal edəcəyimizi özümüz öyrənmişik. Valideynlər gəlir, söhbət edirik, araşdırırıq və gördük ki, ağ pola, göy şalvar və yubkaya daha çox tələbat var. Bir də mavi pola ilə boz şalvar və yubkaya istək çoxdur. Ona görə biz bu iki rəngli formaları hazırlayırıq.
- Bəs digər 2 rəngli formaları kim istehsal edəcək?
- Digər formalar da konkret kiməsə məxsus deyil, kim istəsə istehsal edə bilər. Təklif olunmuş 4 rəng var. İndi kim hansı rəngli geyimi hazırlayacaqsa, öz işidir. Biz dediyim iki rəngə tələbatın yüksək olduğunu düşünürük və onları istehsal edəcəyik.

Biznes     Tarix: 01 avqust 2022

Oxşar xəbərlər

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əlaqələrin mümkün inkişafı və məhsul mübadiləsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda dövlət müəssisələrinin yaradılması və fəaliyyətinə rəqabət baxımından nəzarətin gücləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulur. Dövlət müəssisələrinin Maliyyə Nazirliyinə təqdim edəcəyi məluma

"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

"Gənclər evi" sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb. Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir.   biznes və maliyyə xəbərlər

"ALE Caspian" MMC müflis olur - AÇIQLAMA

"ALE Caspian" MMC şirkəti müflis olduğunu açıqlayıb. şirkətin yayıdığı məlumata istinadən xəbər verir ki, "ALE Caspian" MMC-nin (VÖEN - 2002637001) müflis elan olunması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsind

Azərbaycan və Özbəkistan şirkətləri birgə biznes quracaqlar - RAZILAŞMA

Bakı və Daşkənd Özbəkistan nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində yeni istehsalat layihələrinin işə salınmasını müzakirə ediblər.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə  Özbəkistanın İnvestisiya

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"

Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portal

Bakıda nizamnamə kapitalı 10 milyon dollar olan yeni şirkət yaradılıb

"Rynex Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. 300 min manat vergi borcu olan şirkət - ADINI DƏYİŞİR.  biznes və maliyyə xəbərləri portal xəbər verir ki, şirkət 29 yanvar 2026-cı i

Ümidlərin, xəyalların yenidən doğulduğu məkan – "Kashalata" kafe - REPORTAJ

Bir kafedə səmimiyyət, doğmalıq, mehribanlıq, hüzur, xoşbəxtlik – və daha artığını hiss etmək mümkün imiş. Bura sadəcə kafe deyil – cəmiyyətin və fərqli insanların dəyərlərinin ortaqlaşdığı məkandır.  biznes və maliyyə xəbərlər


iqtisadi xeberler biznes qurmaq dollar mezenne valyuta mezennesi leobank kart