Məmməd Musayev: "Kənd təsərrüfatı sahəsində kreditləşmə səviyyəsi məqbul deyil"

Məmməd Musayev: Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar" mövzusunda ictimai müzakirə təşkil olunub. 
KOBİA_nın yaydığı məlumatda bildirilir ki, tədbirdə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumların, biznes assosiasiyaların təmsilçiləri iştirak ediblər. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
İctimai müzakirədə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrobiznes sahələrinin inkişafı üçün daha əlverişli mühitin yaradılmasının dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin prioritet vəzifələrindən olduğunu vurğulayıb. Qeyd edilib ki, dünyada iqtisadi, ekoloji, o cümlədən iqlim dəyişikliyi kimi yeni çağırışlar yaranıb. Məqsədimiz yeni çağırışlara uyğun olaraq yeni və müasir aqrobiznes mühitinin daim qorunub saxlanılmasıdır. Bu kimi ictimai müzakirələr aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirərək beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün üsul və vasitələrin müəyyənləşdirilməsi baxımından vacibdir. Nazir İnam Kərimov aqrobiznes sahələri üzrə həyata keçirilən dəstək tədbirləri barədə də məlumat verib. 
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, məşğul əhalinin 35%-i kənd təsərrüfatı sahəsində çalışır. 1 sentyabr 2022-ci il tarixinə kənd təsərrüfatına 598,8 milyon manat kredit ayrılıb ki, bu cəmi kredit qoyuluşunun 3,1%-ni təşkil edir. Məşğul əhalinin böyük bir hissəsini əhatə etməsinə baxmayaraq, bu sahənin kreditləşmə səviyyəsi məqbul deyil.  Bu sahə ilə məşğul olan iş adamları kreditləşmənin özündə sığorta mexanizminin təkmilləşdirilməsini təklif edirlər. Kreditləşmədə sığorta mexanizminin təkmilləşdirilməsi həm də girov probleminin həllinə nail olmağa yardım edə bilər. 
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək mexanizmləri barədə məlumat verib, kənd təsərrüfatının istehsal, emal və satış istiqamətlərində biznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərə dair fikirlərini bölüşüb, müxtəlif təkliflər səsləndirib. Qeyd olunub ki, aqrar sığorta mexanizminin geniş tətbiq edilməməsi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinin əlçatan olmaması, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sayəsində sənədləşdirmə prosedurlarının çətinliyi, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdir. 
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin növbəti aylarda da davam etdiriləcəyini bildirib. 
Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.  
Məmməd Musayev: Məmməd Musayev: Məmməd Musayev: / marja.az

Banklar     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri