Mənfəəti artsa da, "Embafinans"da risk siqnalları güclənib

Mənfəəti artsa da, Bank olmayan kredit təşkilatı "Embafinans" QSC 2025-ci ili mənfəətlə başa vurub. Şirkətin həm faiz gəlirləri, həm kredit portfeli, həm də aktivləri əhəmiyyətli dərəcədə artıb.
Marja.az "Embafinans" QSC-nin 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, təşkilatın xalis mənfəəti 8 milyon 126 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 918 min 597 manat və ya 12,7% çoxdur. 2024-cü ildə BOKT-un xalis mənfəəti 7 milyon 208 min manat olmuşdu.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesabat ilində təşkilatın faiz gəlirləri 28 milyon 981 min manata yüksəlib. Bu göstərici əvvəlki illə müqayisədə 8 milyon 277 min manat və ya 40% artıb. Faiz xərcləri isə 2 milyon 26 min manat və ya 50% artaraq 6 milyon 81 min manata çatıb.
Nəticədə, ehtimal olunan kredit zərərlərindən əvvəl xalis faiz gəliri 22 milyon 901 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 251 min manat və ya 37,5% artım deməkdir.
Kredit zərərləri üzrə xərc 2 dəfədən çox artıb
2025-ci ildə "Embafinans"ın maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri xərci 2 milyon 400 min manat olub. Bu göstərici 2024-cü ildə 1 milyon 24 min manat idi. Beləliklə, kredit zərərləri üzrə xərc 1 milyon 376 min manat və ya 134,3% artıb.
Bu artıma baxmayaraq, ehtimal olunan kredit zərərlərindən sonra xalis faiz gəliri 20 milyon 501 min manat təşkil edib. Bu, illik müqayisədə 4 milyon 875 min manat və ya 31,2% çoxdur.
Xərclər də kəskin artıb
Hesabat dövründə təşkilatın işçi heyəti ilə bağlı xərcləri 4 milyon 570 min manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 853 min 753 manat və ya 23% artıb.
Daha ciddi artım ümumi və inzibati xərclərdə qeydə alınıb. Bu xərc maddəsi 2 milyon 249 min manatdan 4 milyon 477 min manata yüksəlib. Artım 2 milyon 229 min manat və ya 99,1% təşkil edib.
"Embafinans"ın mənfəət vergisindən əvvəl mənfəəti 10 milyon 167 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 1 milyon 155 min manat və ya 12,8% artıb. Mənfəət vergisi xərci 2 milyon 40 min manat təşkil edib.
Aktivlər 86 milyon manata yaxınlaşıb
2025-ci ilin sonuna "Embafinans" QSC-nin cəmi aktivləri 85 milyon 702 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 69 milyon 992 min manat idi. Beləliklə, aktivlər 15 milyon 710 min manat və ya 22,4% artıb.
Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər təşkil edib. Təşkilatın kredit portfeli 61 milyon 997 min manatdan 78 milyon 340 min manata yüksəlib. Bu isə 16 milyon 342 min manat və ya 26,4% artım deməkdir.
Kredit portfelinin aktivlərdə xüsusi çəkisi də artıb. 2024-cü ilin sonunda kreditlər aktivlərin təxminən 88,6%-ni təşkil etdiyi halda, 2025-ci ilin sonunda bu göstərici 91,4%-ə yüksəlib.
Pul vəsaitləri və onların ekvivalentləri isə 1 milyon 38 min manatdan 837 min 697 manata düşüb. Azalma 200 min 495 manat və ya 19,3% olub.
Öhdəliklər və kapital artıb
2025-ci ilin sonunda BOKT-un cəmi öhdəlikləri 54 milyon 774 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 10 milyon 583 min manat və ya 23,9% çoxdur.
Borc alınmış vəsaitlər 38 milyon 323 min manatdan 45 milyon 447 min manata yüksəlib. Artım 7 milyon 125 min manat və ya 18,6% olub.
Buraxılmış borc qiymətli kağızları isə daha sürətlə artıb. Bu göstərici 2 milyon 524 min manatdan 6 milyon 109 min manata çatıb. Artım 3 milyon 585 min manat və ya 142% təşkil edib.
Təşkilatın cəmi kapitalı 30 milyon 928 min manat olub. 2024-cü ilin sonunda kapital 25 milyon 802 min manat idi. Beləliklə, kapital 5 milyon 126 min manat və ya 19,9% artıb. Nizamnamə kapitalı dəyişməyərək 10 milyon manat səviyyəsində qalıb, bölüşdürülməmiş mənfəət isə 20 milyon 928 min manata yüksəlib.
Səhm üzrə mənfəət artıb
Hesabata əsasən, təşkilat sahiblərinə aid səhmlər üzrə əsas və azaldılmış mənfəət 812,63 manat təşkil edib. 2024-cü ildə bu göstərici 720,77 manat idi. Beləliklə, səhm üzrə mənfəət 91,86 manat və ya 12,7% artıb.
Təhlil
"Embafinans"ın 2025-ci il maliyyə nəticələri göstərir ki, təşkilat kredit portfelini aktiv şəkildə genişləndirib və bu artım faiz gəlirlərinə ciddi müsbət təsir edib. Faiz gəlirlərinin 40% artması BOKT-un əsas fəaliyyət istiqaməti üzrə gəlir bazasının gücləndiyini göstərir.
Bununla yanaşı, faiz xərclərinin 50% artması maliyyələşmə dəyərinin yüksəldiyini göstərir. Eyni zamanda ehtimal olunan kredit zərərləri üzrə xərclərin 134% artması kredit portfelinin böyüməsi fonunda risk xərclərinin də əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.
Ümumi və inzibati xərclərin təxminən iki dəfə artması mənfəət marjasına təzyiq yaratsa da, təşkilat ili yenə də mənfəət artımı ilə tamamlayıb. Kapitalın 30,9 milyon manata çatması və bölüşdürülməmiş mənfəətin artması "Embafinans"ın maliyyə dayanıqlığını qoruduğunu göstərir.
Qeyd edək ki, hesabat qeydlərinə əsasən, "Embafinans" QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb və Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi BKT-10 xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Təşkilat əsasən əlaqəli tərəf olan "Embawood" MMC-dən mebel və digər məişət avadanlıqlarının alınması üçün fiziki şəxslərə kreditlər təqdim edir. 31 dekabr 2025-ci il tarixinə bu kreditlər müştərilərə verilmiş ümumi kreditlərin 26%-ni təşkil edib. 2024-cü ildə bu göstərici 37% idi.
2025-ci ilin sonuna təşkilatın Azərbaycanda 6 filialı və 156 işçisi olub. 2024-cü ilin sonunda işçi sayı 137 nəfər idi.
BOKT "Embafinans" QSC-nin səhmdarları Elşad Abbasov və Tamara Polyakovadır. 2025-ci ilin sonuna Elşad Abbasov "Embafinans" QSC-nin səhmlərinin 86%-nə, Tamara Polyakova isə 14%-nə sahib olub.
Mənfəəti artsa da, Mənfəəti artsa da, Mənfəəti artsa da,

Banklar     Tarix: 01 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri