Mərkəzi Bank 2023-cü ilə dair maliyyə göstəricilərini açıqladı

Mərkəzi Bank 2023-cü ilə dair maliyyə göstəricilərini açıqladıAzərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları açıqlanıb.
Hesabata əsasən cari ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 12,74 % yüksəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
AMB-nin aktivlərinin 27 milyard 46 milyon 827 min manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629 milyon 471 min manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az) təşkil edib. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208 milyon 132 min manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74,8 % azalaraq 72 milyon 951 min manata düşüb.
2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239 milyon 248 min manat təşkil edib. Dövriyyədə olan əsginasların və sikkələrin həcmi 17,7 % artaraq 17 milyard 318 milyon 195 min manata çatıb. AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521 milyon 107 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759milyon 175 min manat, BVF ilə əməliyyatlar üzrə öhdəlikləri isə cüzi artaraq 1 milyard 211 milyon 857 min manat olub.
İl ərzində qurumun balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554 milyon 215 min manata çatıb. Nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349 milyon 113 min manat xalis mənfəətlə başa vurub (əvvəlki il zərərlə nəticələnmişdir).
Ötən il AMB-nin faiz gəlirləri 515 milyon 327 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfədən çox), faiz xərcləri isə 299 milyon 649 min manat (1,8 dəfə çox) təşkil edib. Haqq və komissiya gəlirləri 28 milyon 371 min manat (12,5 % az), haqq və komissiya xərcləri 3 milyon 330 min manat (10,0 % az), sair inzibati və əməliyyat xərcləri isə 113 milyon 320 min  manat (1,6 % az) olub. AMB-nin maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47 milyon 892 min manat (18,9 % az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34 milyon 465 min manat (əvvəlki ildə zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101 milyon 931 min manata (əvvəlki ildə zərər olub) çatıb.
AMB-nin qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13 milyon 548 min manat (3 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri isə 48 milyon 801 min manat (əvvəlki ildə zərər olub) təşkil edib. Bu dövrdə ehtiyatların yaradılmasında 25 milyon 137 min manat məbləğində zərər tanınıb (əvvəlki ildə ehtiyatlar bərpa edildiyindən gəlir tanınıb).
Hesabatda 2023-cü il ərzində AMB tərəfindən dövlət büdcəsinə vəsait köçürülmədiyi qeyd olunub.
2023-cü ildə AMB tərəfindən əməkdaşlara sərf olunan xərc 37 milyard 241 milyon manat təşkil edib. Bu, 2022-ci il ilə müqayisədə 14,6 % çoxdur.
Cari ilin yanvar ayının 1-nə AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 353 milyon 449 min manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,8 % artıqdır.
AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları rəsmi veb-saytda yerləşdirilib.
Mərkəzi Bank 2023-cü ilə dair maliyyə göstəricilərini açıqladıMərkəzi Bank 2023-cü ilə dair maliyyə göstəricilərini açıqladı/ marja.az

Banklar     Tarix: 22 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq