Mərkəzi Bank 2023-cü ili 349.113 milyon manat xalis mənfəətlə tamamlayıb

Mərkəzi Bank 2023-cü ili 349.113 milyon manat xalis mənfəətlə tamamlayıbAzərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ili 349.113 milyon manat xalis mənfəətlə başa vurub. Belə ki, əvvəlki il zərərlə nəticələnmişdir.
Banker.az xəbər verir ki, bu barədə 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd edilib.

Hesabata əsasən cari ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 34 milyard 793.463 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 12.74 % yüksəkdir.
AMB-nin aktivlərinin 27 milyard 46.827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22.8 % çox), 5 milyard 629.471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14.5 % az) təşkil edib. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208.132 milyon manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74.8 % azalaraq 72.951 milyon manata çatıb.
2023-cü ildə AMB-nin öhdəlikləri 11.2 % artaraq 33 milyard 239.248 milyon manat təşkil edib. Dövriyyədə olan əsginasların və sikkələrin həcmi 17.7 % artaraq 17 milyard 318.195 milyon manata çatıb. AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri 5.7 % artaraq 6 milyard 521.107 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 12.2 % azalaraq 3 milyard 759.175 milyon manat, BVF ilə əməliyyatlar üzrə öhdəlikləri isə cüzi artaraq 1 milyard 211.857 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 1.6 dəfə artaraq 1 milyard 554.215 milyon manata çatıb. Nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb.
Ötən il AMB-nin faiz gəlirləri 515.327 milyon manat (əvvəlki ilə nisbətən 2.3 dəfədən çox), faiz xərcləri isə 299.649 milyon manat (1.8 dəfə çox) təşkil edib. Haqq və komissiya gəlirləri 28.371 milyon manat (12.5 % az), haqq və komissiya xərcləri 3.330 milyon manat (10.0 % az), sair inzibati və əməliyyat xərcləri isə 113.320 milyon manat (1.6 % az) olub. AMB-nin maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47.892 milyon manat (18.9 % az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34.465 milyon manat (əvvəlki ildə zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101.931 milyon manata (əvvəlki ildə zərər olub) çatıb. AMB-nin qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39.4 % az), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13.548 milyon manat (3.0 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri isə 48.801 milyon manat (əvvəlki ildə zərər olub) təşkil edib. Bu dövrdə ehtiyatların yaradılmasında 25.137 milyon manat məbləğində zərər tanınıb (əvvəlki ildə ehtiyatlar bərpa edildiyindən gəlir tanınıb).
Hesabatda 2023-cü il ərzində AMB tərəfindən dövlət büdcəsinə vəsait köçürülmədiyi qeyd olunub.
2023-cü ildə AMB tərəfindən əməkdaşlara sərf olunan xərc 37.241 milyon manat təşkil edib. Bu, 2022-ci il ilə müqayisədə 14.6 % çoxdur. Cari ilin yanvar ayının 1-nə AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 353.449 milyon manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 22.8 % artıqdır.

Banklar     Tarix: 22 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler dollar kursu telefonla pul qazanmaq biznes qurmaq depozit faizleri