Mərkəzi Bank BOKT-larda təmərküzləşmə əlamətinin olmasını təsdiqləyib
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sistemində təmərküzləşmə səviyyəsi aşağı olsa da təmərküzləşmə əlamətləri müşahidə olunur.
Bu barədə Banker.az-a 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında deyilir.
Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi – HHİ BOKT sistemində aşağı təmərküzləşmənin olmasını göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli BOKT-lərin sayının çox olmasıdır. Belə ki, aktivlərin və kredit portfelinin sektor üzrə payına görə HHİ müvafiq olaraq 514 və 568 təşkil edir. Lakin qeyd edək ki, sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 13 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların sektorda payı 73.6%-dir (323.8 mln. manat). Həmçinin aktivlərinin məbləği 2 mln. manatdan aşağı olan 25 BOKT mövcuddur ki, bu təşkilatlar sektorun yalnız 5.3%-i təşkil edir.
HHİ indeksi – beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Az pulla hansı işi qurmaq olar?
Bitcoin necə işləyir?
Ən çox gəlir gətirən onlayn bizneslər
İnvestisiyanın necə cəlb etmək olar?
İlon Mask kimdir?