Mərkəzi Bank COP29 zamanı maliyyə sektorunun iş rejimini açıqlayıb
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyət göstərəcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Məlumata görə, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və "Azərpoçt"un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə bildiriləcəkdir.
"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər", – AMB qeyd edib. / banker.az

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?