Mərkəzi Bank əmanətlərin sığortalanma limitinə münasibət bildirib
"Banklarda sığortalanan limitlərlə bağlı təkliflər olmuşdu. Hesab edirlər ki, 100 min manat limit olduğuna görə əhali pulunu banklara etibar etmir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
AMB sədri bildirib ki, bu, belə deyil:
"Əhalinin banklarda əmanətləri kəskin artıb. Azərbaycanda 100 min manat limit olduğu təqdirdə, Qazaxıstanda bu rəqəm 38 min təng, Türkiyədə 28 min lirədir. Mərkəzi Bank düşünür ki, 100 min manat kifayət qədər yüksək rəqəmdir və bunun artırılmasına ehtiyac yoxdur. Limit nə qədər çox olarsa, banklar öz balansına daha çox izafi risklər götürəcək və bu da maliyyə sabitliyinə pis təsir edəcək".
© APA / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?