Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcəsinə dair 2025-ci ilin 6-cı iclasını keçirir. Ümumilikdə ildə 8 dəfə faiz qərarı verməlidir.
Banker.az xəbər verir ki, AMB sonuncu iyul iclasında faiz dəhlizinin hər birində 25 baza bəndi endirməklə faiz fərəcəsinin aşağı həddini 6, yuxarı 8-ə və əsas – uçot faiz dərəcəsini isə 7 faizə endirib. Requlyator düz bir il və ya 8 iclas faizlərə toxunmurdu. Ölkədə inflyasiya meyillərinin ötən il daha çox təsir etməsi AMB-ni faizləri "sərt mövqedən" endirməyə çəkindirirdi.
Ötən açıqlamada bildirilir ki, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə – 2% və 6% müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Faiz dərəcəsinə dair iyul iclasından sonra Dövlət Statistika Komitəsi illik inflyasiyanın iyulda 6%-dən 5%-ə endiyini açıqlayıb. Cari ilin ən yüksək inflyasiyası may və iyunda 6.3% idi. Bu isə hazırda Mərkəzi Bank üçün faiz endirimi ilə bağlı qərarlarında tərəddüdü azaldır. Son iclasda tənzimləyici illik inflyasiyanın "proqnozlaşdırılan trayektoriya" ilə hərəkət etdiyini qeyd edib.
Onun baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. 2025-ci ilin aprel ayına olan proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir. Ümumilikdə AMB-nin inflyasiya proqnozları aşağı salması növbəti illərdə faizlərlə bağlı yumşalma qərarı verməyə işarə edir.


Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?