Mərkəzi Bank faiz mövqeyini dəyişəcəkmi?

Mərkəzi Bank faiz mövqeyini dəyişəcəkmi?Azərbaycan Mərkəzi Bankı (AMB) cari ildə yeddinci faiz qərarını verir.
Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı 1 noyabr 2023-cü il tarixdə, çərşənbə günü açıqlanacaq.
AMB ilk altı iclasın üçündə faizləri 25 baza (0.25 faiz) bəndi artırıb və mayda uçot faiz dərəcəsi 9%-ə qaldırılıb. Ondan sonra reallaşan üç iclasda gözləmə mövqeyini məqbul hesab edib.
AMB-nin 21 iyun iclasında bildirilmişdi ki, cari ilin sentyabrınadək pauza götürülməsi, "sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları" nəzərdən keçirilməlidir. AMB həmin iclasdan sonra iki dəfə pauza verib.
20 sentyabr iclasında isə Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarlarının inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəyi bildirilib.
Mərkəzi Bank birbaşa olaraq bazara təsirsiz olmuşdur və hazırda da təsirsiz olan uçot faiz dərəcəsinin artırılmasında məqsəd post-pandemiya dövründəki əsasən xarici amillərdən asılı olan istehlak qiymətlərini cilovlamaqdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 2023-cü ilin sentyabrında 11%-in altına düşüb. Bu göstərici avqustda 11.7% idi. Qiymət artımlarının səngiməsində əsas amil kimi mövsümi ərzaq məhsullarını və idxal olunan bəzi məhsulları göstərmək olar, lakin cari durumda inflyasiya AMB-nin hədəf çərçivəsindən xeyli uzaqdadır. Əlavə olaraq, AMB uçot faiz dərəcəsini 2022-ci ilin əvvəlindən cəmi 1.5 faiz bəndi qaldırıb. Bu illər ərzində isə inflyasiya pik hədd olan 13.8%-dən cəmi 1.9 faiz bəndi düşüb.
Mərkəzi Bank faiz mövqeyini dəyişəcəkmi?AMB 2023-cü ilin iyun iclasında dediyi kimi, bu iclasda faizləri aşağı endirməyi düşünəcəksə, o zaman faizi hansı səbəbdən endirməsi ilə bağlı açıqlaması maraq doğurur.
Bununla belə, Mərkəzi Bank ötən müddət ərzində uçot faiz dərəcəsinin effektli olması üçün bir neçə monetar alətdən istifadə edə bilib. Requlyator son iki ildə açıq bazar əməliyyatlarını dayandırmayıb və manatın sterilizasiyasını davam etdirir. Digər tərəfdən isə məcburi ehtiyat normalarına tətbiq etdiyi yeni əmsallarla bank müştərilərinin 2.62 milyard manat ekvivalentində vəsaiti "işləksiz" vəziyyətdədir. Qeyd edilən rəqəm 2022-ci ilin iyuluna qədər 200 mln. manatın altında idi. Bu da bankların qeyd edilən vəsaitləri kredit və ya hansısa aktivə yönəldə bilməməsi deməkdir.

Banklar     Tarix: 30 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bitkoin qiymeti biznes xeberleri biznes qurmaq pul qazanmaq