Mərkəzi Bank növbəti Maliyyə sabitliyi hesabatını yayımladı

Mərkəzi Bank növbəti Maliyyə sabitliyi hesabatını yayımladı2021-ci ildən etibarən Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi Maliyyə sabitliyi hesabatı hazırlanmasına və geniş ictimaiyyətə açıqlanmasına başlanılıb.
Hesabatın məqsədi maliyyə sektorunun sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət tədbirlərinin əks etdirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodlarından istifadə edilmişdir. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.
Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.
2022-ci ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:
Maliyyə sabitliyi hesabatı / marja.az

Banklar     Tarix: 17 oktyabr 2022

Oxşar xəbərlər

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyn

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves


iqtisadi xeberler 1000 manatla biznes pul qazanmaq kicik biznes dollar məzənnəsi