Mərkəzi Bank "pul sovuran" maşınını niyə söndürüb?

Mərkəzi Bank BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin üçüncü rübündən anti-inflyasiya tədbiri olaraq mütəmadi olaraq bazardan pulu yığmaq üçün not hərraclarını keçirməyə başladı və bu 2023-cü ilin 1 fevralına qədər davam etdi. Həmin tarixdən sonra bir not hərracı belə keçirilməyib.
AMB ötən il uçot faiz dərəcəsi ilə paralel olaraq ölkədə manatı inflyasiyadan qorumaq üçün iki alətdən də yararlanmağa çalışdı. Bunlar not hərracları və məcburi ehtiyat normaları idi.  Ötən ilin aprelindən yeni sədrlə faizlərin iqtisadiyyata təsirini təmin etmək yolunda bu iki alətdən istifadə etməyə başladılar. Məcburi ehtiyat normalarındakı əmsalların 5%-ə qədər artırılmasından sonra AMB-dəki bu vəsaitlərin həcmi 1.4 mlrd. manata çatdı.
Mərkəzi Bankın İdarə Heyəti 1 sentyabr 2022-ci il tarixində plandankənar faizlə bağlı iclası təşkil etməklə uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4%-ə endirdi. Bu öncədən də sterilizasiya ilə bazardan pulun yığılması üçün atılan bir addım olduğu məlum idi. Üstəlik bir həftəlik repo əməliyyatları da 2007-ci ildən bu tərəfə ilk dəfə aktiv edilməyə başlandı.
AMB Bakı Fond Birjasında yeni müddətli notları yerləşdirməklə pul kütləsinin tənzimlənməsini (sterilizasiyası) həyata keçirməli olur. Notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır. AMB bunu notlar "faiz dəhlizi" prinsipi tətbiq edilmədən yerləşdirir. Bir növ "pul sovuran" bir maşın kimi iqtisadiyyatdan pulu Mərkəzi Banka gətirir ki, bankların əlində sərbəst vəsaitlər azalmağa başlayır. Bir tərəfdən məcburi ehtiyatlar və digər tərəfdən isə not emissiyası ilə ölkədə krediti bahalı etməyə yönəlir ki, bu da nəticədə kreditləşməni azaltmaqla inflyasiyanı cilovlamağa hesablanır.
AMB 2022-ci ilin sentyabrın 1-dən 2023-cü ilin fevralın 1-ə qədər hər həftə ərzində 120 mln. manatlıq notlar buraxaraq banklardan pulları yığmağa başladı. Lakin fevralın 1-dən, hansı ki Mərkəzi Bank ilin ilk faiz qərarını verdi – not hərracını dayandırıb.
Taleh Kazımov Mərkəzi Banka sədr təyin ediləndən sonra onun necə deyələr "xaricdəki kimi" faiz parametrlərinin iqtisadiyyata təsirinin olmasını qarşısına məqsəd qoyub. Bildirir ki, bu monetar alət indiyə qədər bazara təsirsiz olub. T.Kazımov və onun komandası bir neçə iclasda faizlərin artıq kreditlərə təsirinin cücərtilərini auditoriyaya çatdırıblar. Monitorinqlər bunun açıq bazar əməliyyatlarında təsirli olduğunu göstərsə də, kredit bazarında hər şey əvvəlki qaydadadır. Ölkədə inflyasiya 13% üzərində olarkən, 12%-lə banklar tərəfindən "sərfəli istehlak kreditləri" reklam olunmaqdadır. Mərkəzi Bank bununla bağlı Banker.az-ın sorğusuna cavab olaraq etiraf etmişdi ki, faiz parametrlərinin pul siyasətinə transmissiyası, yaxud təsiri üçün 8 rüb gözləməliyik. Digər tərəfdən bankların maliyyə mənbəsinin böyük əsası müştəri depozitləridir ki, bu da AMB-nin "iradəsi" kənarındadır.
Yanvar ayında yeni verilmiş manat kreditlərinin faizləri  15.85%-dən 16.43%-ə qalxarkən, yeni cəlb edilmiş depozitlərin isə 8.35%-dən 7.80%-ə düşüb.
AMB 1 fevraldakı iclasında uçot dərəcəsi 25 baza faiz bəndi artımla 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 50 baza bəndi artımla 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 25 baza bəndi artırmaqla 9.5%-ə qaldırıb. Bununla hazırda Azərbaycanda MDB-də ikinci ən aşağı uçot faiz dərəcəsi tətbiq edən bank olub.
Mərkəzi Bank 2022-ci ilin sentyabrından 3 mlrd. 918.6 mln. manat həcmində notlar buraxmaqla vəsait cəlb edib. 2023-cü ilin yanvar ayında 28-gündən tutmuş 252 gün tədavül müddəti üzrə notlardan 1 mlrd. 401.1 mln. manat vəsait cəlb edib.
Mərkəzi banklar adətən iqtisadi göstəriciləri nəzərə almaqla sterilizasiyanı yavaşlada bilirlər. Çünki bazardan pulun yığılması iqtisadi aktivliyi azaldır. Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatında 2023-cü ilin ilk ayında 1.5% resessiya (ÜDM: 9.69 mlrd. manatlıq) qeydə alınıb.
Son iclasda requlyator açıqladı ki, Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm olaraq yenidən baxdığı bildirilir.

Banklar     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne bitkoin emlak xeberleri dollar manat kursu