Mərkəzi Bank Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sisteminə təsirini açıqlayıb
Mərkəzi Bank 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatı yayımlayıb.
Marja xəbər verir ki, hesabatda regional geosiyasi risklərin, xüsusilə Rusiya-Ukrayna hərbi münaqişəsinin maliyyə sabitliyinə mümkün təsirindən də bəhs edilib.
Qeyd edilib ki, 2022-ci ilin fevral ayından etibarən Rusiya və Ukrayna arasındakı münaqişə müxtəlif kanallarla qlobal maliyyə sisteminə təsir etməkdədir. Münaqişə ilə bağlı tətbiq edilən sanksiyaların indiyədək ölkəmizin bank sisteminə təsiri məhdud olmuşdur. Ümumilikdə, bu münaqişənin səbəb olduğu regional geosiyasi gərginliyin yaratdığı proseslərin maliyyə sisteminin dayanıqlığına potensial təsirini 5 istiqamətdə qruplaşdırmaq olar.
Qlobal inflyasiyanın artması.
Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır.
Enerji daşıyıcılarının qiymətinin artması.
Mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər.
Xarici ticarət əlaqələrində pozulmalar.
Ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcuddur. Hal-hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.
Bank aktivlərinin məruz qaldığı risklər.
Yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırır.
Bank əməliyyatlarının icrasında çətinliklər.
Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olmuşdur. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Az pulla hansı işi qurmaq olar?
Bitcoin necə işləyir?
Ən çox gəlir gətirən onlayn bizneslər
İnvestisiyanın necə cəlb etmək olar?
İlon Mask kimdir?