Mərkəzi Bank sərt siyasətilə kreditlərin artmasını dayandırdı
2022-ci ilin dekabr ayında Azərbaycan banklarının kredit portfeli (müştərilərə verilmiş kreditlər) kiçilib.
Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bank sektorunun kredit portfeli noyabr ayı ilə müqayisədə dekabr ayında 79,8 milyon manat azalaraq 19 milyard 594,4 milyon manata düşüb. Noyabrın sonunda bankların kredit portfeli 19 milyard 674,1 milyon manata çatmışdı.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Dekabrda bankların biznes kreditləri portfeli 120,7 milyon manat azalaraq 10 milyard 855,1 milyon manata, istehlak kreditləri portfeli 17,6 milyon manat azalaraq 5 milyard 754,1 milyon manata düşüb, ipoteka kreditləri portfeli isə 58,5 milyon manat artaraq 2 milyard 985,2 milyon manata yüksəlib.
Bankların kredit portfeli 2022-ci ilin sentyabr ayında 518,6 milyon manat, oktyabr ayında 313,6 milyon manat, noyabr ayında 203,4 milyon manat artmışdı.
Qeyd edək ki, ötən il Mərkəzi Bank pul siyasətini sərtləşdirib, faizlərini artırıb, banklar üçün normaları ağırlaşdırıb. Məqsəd kreditləşməni ləngitməklə istehlakı azaltmaq və ölkədəki yüksək inflyasiyanı cilovlamaqdır. Bankların kredit portfelinin azalması Mərkəzi Bankın sərt pul siyasətinin təsirli olduğuna işarədir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Milyonlar qazandıran qəribə biznes ideyaları