Mərkəzi Bankda yeni baş direktor təyin edilib
Vüsal Cavanşir oğlu Qurbanov Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Banker.az bunu Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.
Bununla da AMB-nin strukturunda baş direktorların sayı 6 şəxsdən ibarət olacaq.
1980-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini "Maliyyə və kredit" ixtisasını magistr dərəcəsi ilə bitirmişdir.
1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş mütəxəssis, şöbə müdiri, departament müdirinin müavini, İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2019-cu ildən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Daxili audit xidmətində böyük mütəxəssis, Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.
2019-cu ildən İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvüdür.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinin icraçısı təyin edilmişdir. 2020-ci ilin aprel ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-də Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?