Mərkəzi Bankdan oktyabrda valyuta bazarına $424 mln.-luq müdaxilə: Valyuta ehtiyatları azalıb
Azərbaycan Respublikasının cari ildə valyuta bazarında sabitlik qorunmuş, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilmişdir. Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bununla belə ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln. ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalmışdır.
Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılmışdır. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.
Qeyd edək ki, AMB tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alındığını bildirib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 mlrd. ABŞ dolları, 2025-ci ilə isə 5.5 mlrd. ABŞ dolları olacağı gözlənilir.

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?