Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-yə işgüzar səfərə yola düşüb
Mərkəzi Bankın nümayəndə heyəti DB və BVF-nin İllik Toplantılarında iştirak üçün ABŞ-yə işgüzar səfərə yola düşüb.
Biznes.az xəbər verir ki, 13 oktyabr 2025-ci il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.
Mövzu ilə balı AMB-dən bildirilib.
3-18 oktyabr tarixlərini əhatə edəcək İllik Toplantılar zamanı Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və qarşılıqlı müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılarda dövlət və özəl sektoru təmsil edən rəhbər şəxslər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələri tərəfindən qlobal və regional çağırışlarlarla bağlı müzakirələr aparılacaq.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar