Mərkəzi Bankın pul siyasəti iqtisadi aktivliyin təmininə təsir edə bilər – Palata

Mərkəzi Bankın pul siyasəti iqtisadi aktivliyin təmininə təsir edə bilər – Palata2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankında 71 valyuta hərracı keçirilmiş, hərraclar zamanı 2 milyard 555.7 mln. dollar satılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə qeyd edilir.
Xarici valyuta satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 301.6 mln. dollar azalmış, bu, xarici valyutaya olan tələbin azalması ilə bağlı olmuşdur.
Belə ki, AMB-nin məlumatlarına əsasən, cari ilin ötən dövrü ərzində keçirilmiş hərracların 99%-də təklif tələbi üstələyib.
AMB son faiz iclaslarında da bu məsələni daha çox önə çəkir və press-relizlərində bazarın "alışyönlü" olduğunu bildirir.
PHərraclar barədə məlumatların təhlili də orta günlük valyuta tələbinin azaldığını və ötən ilin müvafiq dövründəki 52.1 ABŞ dollarından baxılan dövrün sonuna 36.0 ABŞ dollarına endiyini göstərir.
Hesablama Palatası da tələbin azalması tədiyə balansında profisitin müşahidə edilməsi ilə izah edir. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təhlili də xarici valyutaya tələbin azaldığını və banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələdiyini göstərir.
Xarici valyutaya tələbin azalması ARDNF-dən dövlət büdcəsinə transfert olunması nəzərdə tutulmuş vəsaitlərin əhəmiyyətli dərəcədə aşağı icrası ilə nəticələnmiş, keçirilmiş hərraclarda cəmi satış məbləğinin və ARDNF tərəfindən keçirilmiş satışların təhlili cari ilin avqust və sentyabr aylarında bu məbləğlərin bir-birindən fərqləndiyini göstərib. Belə ki, hərraclar vasitəsilə ən yüksək valyuta satışının reallaşdığı bu ayda 452 mln. dollar satılmış, bu məbləğin 93.9 mln. dollarına bərabər olan hissəsi ARDNF vəsaitlərindən ibarət olmuşdur ki, bu da sözügedən ayda hərraclarda satışın DNF-lə yanaşı, digər subyektlər tərəfindən reallaşdırıldığını göstərir. Digər tərəfdən, dövlət büdcəsinin icrası barədə təqdim edilmiş hesabatlara əsasən, avqust ayında vahid xəzinə hesabının qalığının ABŞ dollarında olmaqla idarəetməyə verilən hissəsi əhəmiyyətli azalaraq 1 milyard 190 ABŞ dollarına enmişdir. Bu isə idarəetmədən geri çağırılan vəsaitlərin bir hissəsinin hərracda satışının keçirildiyini və bununla da ARDNF transfertlərinə qənaət edildiyi fikirlərini formalaşdırır.
Valyuta bazarında təklifin tələbi üstələməsi fonunda bazarda tarazlığın qorunması məqsədilə AMB valyuta bazarına alışyönlü müdaxilələr həyata keçirmiş, AMB məlumatlarına əsasən, cari ilin ötən dövründə müdaxilənin həcmi 566 mln. ABŞ dolları olmuş, bu məbləğin 444 mln. ABŞ dolları sentyabr ayının payına düşmüşdür.
Bu proses AMB-nin rəsmi valyuta ehtiyatlarının artmasına da töhfə vermişdir. Bununla yanaşı, baxılan dövr ərzində dövriyyədə pul təklifinin tənzimlənməsi məqsədilə sterilizasiya əməliyyatları keçirilmiş, reallaşdırılan tədbirlər ötən dövrün əksər aylarında manatla pul bazasının həcmində azalma ilə nəticələnmişdir.
"Lakin fiskal stimullar fonunda valyuta bazarında tarazlığın qorunması məqsədilə alışyönlü müdaxilələrin davam edəcəyi ehtimalı pul təklifini genişləndirməklə monetar siyasətin bir qədər də sərtləşdirilməsini və sterilizasiya əməliyyatlarının həcminin yüksəldilməsini şərtləndirə bilər. Bu proses tələb kanallarını daraltmaqla iqtisadi aktivliyin təmin olunmasına təsir edə bilər"- deyə, Hesablama Palatasının rəyində deyilir.

Banklar     Tarix: 03 noyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler depozit faizleri iqtisadiyyat xeberleri valyuta xeberleri en son xeberler