Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb
"Mərkəzi Bankı narahat edən bir məqamı qeyd etmək istərdim. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, aktiv biznes kreditləri versinlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da nəzərə çatdırıb: "30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 min manatadək əmanətlər yerləşdirir. Bu sahədə fevral ayından azalma müşahidə edirik".
Taleh Kazımov bildirib ki, ilk dəfə olaraq banklararası bazarın yaranması böyük nailiyyətdir: "AMB-nin maliyyə sabitliyi siyasəti ödənişlərin fasiləsizliyinə yönəlib. Kredit portfelimiz 9 ayda 14 % artıb. Bank sektoruna və manata inam artıb".
© APA / marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?