Mərkəzi Bankın sərtləşməsi effekt verir: Banklar əhali və biznesə kredit verməyi azaldır

Mərkəzi Bankın sərtləşməsi effekt verir: Banklar əhali və biznesə kredit verməyi azaldırAzərbaycanda əhali və şirkətlərin kredit təşkilatları tərəfindən krediləşməsi azalmağa başlayıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin dekabr ayı üzrə statistik bülleteninə istinad edir.
Biznes kreditləri dekabrda noyabrla müqayisədə 1.1% azalaraq 10.86 milyard manata, istehlak kreditləri 0.3% azlaraq  5.75 milyard manata düşüb.
İpoteka kreditləri isə, əksinə 2% aylıq artım dinamikası ilə 2.99 mlrd. manata çatıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sentyabrından sərt monetar mövqeyə keçib. Uçot faiz dərəcələrinin iqtisadiyyata effektinin zəif olduğunu görərək, sterilizasiya və ehtiyat normaları ilə "aqressiv" istifadəyə başlayıb.
Mərkəzi Bankın sərtləşməsi effekt verir: Banklar əhali və biznesə kredit verməyi azaldırSentyabrda faiz parametrlərinin aşağı həddini (depozit) 6.25%-dən 4.00%-ə endirməklə, sterilizasiya üçün faiz xərclərini bir qədər yüngülləşdirdi və həftəyə 120 milyon manatlıq pulu bazardan 4 tədavül müddəti üzrə notlar buraxmaqla yığmağa başladı. Notların da gəlirliliyinin yavaş-yavaş artmasından sonra bankları biznes və istehlaka kredit yatırmaqda "marağını" azaltmağa yönəltdi. Digər tərəfdən bankları az məbləğdə də olsa, risksiz notlara meyilli edir, nəinki biznes və istehlak kreditlərinə.
AMB indi nəzəriyyədə olduğu kimi yüksək inflyasiya şəraitində əhalini depozitə yatırımda stimul edir. Ölkədə orta illik inflyasiya 14%-ə dekabrda çatıb. Göründüyü kimi inflyasiya səngimək bilmir.
Mərkəzi Bank illərdir ki, faizləri aşağı-yuxarı dəyişsə də bu kredit bazarında zəif effekt verir. İndi yeni sədrin də əsas məqsədi uçot faizinin bazara təsir etməsidir.
Digər tərəfdən isə banklara ehtiyat normalarını hüquqi şəxslərin vəsaitləri üzrə manatda 0.5%-dən 5%-ə, xarici valyuta olanları 1%-dən 5%-ə qədər qaldırıb. Bu fiziki şəxslərin manat üzrə vəsaitlərində 0.5%-dən 4%-ə, xarici valyutada 1%-dən 5%-ə qədər çəkilib. Yəni bu vəsaitlər məcburi ehtiyat kimi Azərbaycan Mərkəzi Bankında saxlanılır ki, banklar kreditə yönəltməsin.
Bu qaydalardan sonra 2022-ci ilin dekabrında bankların Mərkəzi Bankda saxladığı məcburi ehtiyatlarının həcmi 1 mlrd. 389.2 mln. manata yüksəlib. Bu qaydayanın sərtləşdiyi iyuldan (2022) bu tərəfə 7 dəfə artımdır. Yəni qeyd edilən qədər vəsaitləri banklar sərbəst istifadə edə bilmir.
Azərbaycanda ümumilikdə 36.25 mlrd. manat depozit var. Bunun 13.38 mlrd. manatı tələbli manat, 5.32 mlrd. manatı müddətli manat və 12.14 mlrd. manatı tələbi xarici valyutada və 5.41 mlrd. manatı isə müddətli xarici valyutadadır.Mərkəzi Bankın sərtləşməsi effekt verir: Banklar əhali və biznesə kredit verməyi azaldır

Banklar     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler valyuta xeberleri biznes krediti en son xeberler telefonla pul qazanmaq