Mərkəzi Bankın valyuta ehtiyatları mayda artıb

Mərkəzi Bankın valyuta ehtiyatları mayda artıbAzərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2025-ci ilin mayında daha da artaraq 11 milyard 94.6 milyon ABŞ dollarına yüksəlməklə ehtiyatlar 5 aya 135 mln. dollar üzərində artırılıb.
Banker.az bunu AMB-nin aylıq açıqlamasına istinadən xəbər verir.
Bu may ayında 32.1 milyon dollar və ya 0.3 faiz artım deməkdir.
AMB-nin valyuta ehtiyatları 2024-cü ilin son rübündə 836.3 milyon dollar azalmışdı. Tənzimləyici bu azalmanı intervensiya kimi deyil, dövlət xərcləri ilə əlaqələndirmişdi. Lakin bundan sonra ehtiyatlar demək olar ki hər ay artan xətlə davam edib. Beləliklə 2025-ci ilin ilk beş ayında 135.1 milyon manat artmış olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin may ayından etibarən həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirilən valyuta hərraclarının nəticələrini ictimaiyyətə açıqlamamağa qərar verib. AMB-nin sədri Taleh Kazımovun sözlərinə görə, əgər məzənnə dəyişmirsə və tələb ödənilirsə, bu məlumatlar bazarda baş verənləri təhlil etmək üçün kifayət etmir. Bu səbəbdən valyuta hərraclarının nəticələri yalnız ümumi ay və rüblük göstəricilər formasında açıqlanacaq.
Kazımov əlavə edib ki, son üç ildə AMB-nin valyuta bazarına etdiyi müdaxilələr ictimaiyyətə açıqlanıb və bu təcrübə davam etdiriləcək. Onun fikrincə, hərraclarda müxtəlif satış həcmilərinə media və ekspertlər tərəfindən birmənalı yanaşılmaması əsassız müzakirələrə səbəb olur:
"Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır."
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
AMB-nin yenilənmiş aprel proqnozuna görə, bu il də ölkənin cari əməliyyatlar balansının profisitli olacaq.

Banklar     Tarix: 03 iyun 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti