Məşhur bankir istefa verir, fotoqrafiya sahəsində karyeraya başlayır

Məşhur bankir istefa verir, fotoqrafiya sahəsində karyeraya başlayırİsveçrə bankı UBS-in risklər üzrə baş direktoru Kristian Bluhm, fotoqrafiyaya olan həvəsini tam ştatlı işə çevirmək üçün nəhəng İsveçrə bankından istefa verəcəyini açıqlayıb. Qeyd edək ki, Bluhm 2016-cı ildən bu vəzifədə çalışır. Bu müddət ərzində bank İsveçrəli rəqibi Credit Suisse-ə zərbə vuran bir çox qalmaqallarda iştirak etməkdən yayına bilib.
Banker.az Financial Times-a istinadən xəbər verir ki, qeyri-adi karyera dəyişikliyi çərşənbə axşamı elan edilib. Bluhm UBS-nin İsveçrənin tarixi Sürix şəhərindəki baş qərargahından qısa bir məsafədə yerləşən studiya və qalereya açacaq.
Riyaziyyat təhsili almış 53 yaşlı alman bankir işinə zaman ayırmaq üçün may ayında bankdan ayrılacağını açıqlayıb.
Bluhm, həmçinin fotoqrafiya xidmətlərinin siyahısını təqdim edən vebsayt yaradıb. Saytda qeyd edilir ki, fotoqrafiya şirkəti şəhər və təbiət fotoşəkilləri, toy, moda və profil çəkilişləri kimi xidmətlər göstərir. Bluhm karyerasını dəyişmək qərarı ilə bağlı deyib: "Bu təcrübə məni o qədər heyran etdi ki, peşəkar fotoqrafiyada heç vaxt bitməyən səyahətə çıxdım".
Bluhmun bu addımı Bank of America Merrill Lynch müqavilələr üzrə eksperti Metyu Qrinburqu xatırladır. Belə ki, Qrinburq karyerası ərzində RBS-nin ABN Amro-nu və Lloyds Bank-ın HBOS-u alması kimi böyük müqavilələr üzrə məsləhətlər vermişdi. O, 2010-cu ildə 49 yaşında bankir kimi fəaliyyətinə son verdi və karyerasını fotoqrafiya sahəsində davam etdirdi.
UBS Avropanın baş direktoru Kristin Novakoviç də 2007-ci ildə İsveçrə bankına qoşulmazdan əvvəl iki il ərzində sənət əsərlərini satmışdı.

Banklar     Tarix: 10 noyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler dollarin kursu bu gun valyuta xeberleri bank faizleri dollar məzənnəsi