Milli Depozit Mərkəzindəki aktiv depo hesablarının sayı 40%-dən çox artıb
2024-cü ildə Milli Depozit Mərkəzindəki (MDM) depo hesablarının sayı 32% artaraq 121 610-dan 160 545-ə, o cümlədən aktiv hesabların sayı 40,7% artaraq 75 024-dən 105 552-yə çatıb.
Bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Ötən il depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb, API vasitəsilə hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb", – deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, il ərzində təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilib: "Nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlarabalanslarında olan qiymətli kağızlar barədə məlumat əldə etmək imkanı yaradılıb".
"Rəqəmsallaşma sahəsində digər mühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM bu xidməti ilk dəfə ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına, şəffaflığın artırılmasına tövhə verib. Hazırda bu sahədə emitentlərə və investorlara göstərilən xidmətlər üzrə elektron çıxarışların və onlayn ödənişlərin tətbiqi üzrə işlər davam edir. Strategiyaya uyğun olaraq, bazar iştirakçılarına təqdim olunan platformaların dayanıqlığı və təhlükəsizliyi prioritet kimi müəyyən olunub. Bu istiqamətdə, kiber müdafiə sistemlərindən mütəmadi istifadə edilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət, kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir. MDM bu sahədə Azərbaycan Mərkəzi Bankı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir. MDM-in informasiya ehtiyatları "Hökumət buludu"na köçürülüb və ehtiyat mərkəzi yaradılıb. Bu tədbirlər kritik informasiya infrastrukturunun təhlükəsizliyinin və fövqəladə hallarda dayanıqlığının təmin edilməsinə xidmət edir", – deyə A.Xudaverdiyev əlavə edib. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?