Minimum 3 işçi tələbindən sonra yanvarda əmək müqavilələrindəki artım açıqlandı

Minimum 3 işçi tələbindən sonra yanvarda əmək müqavilələrindəki artım açıqlandıBağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 414,1 min vahid artıb və 2024-cü ilin fevral ayının 1-nə 1 milyon 816 min 8 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 364 min 533 artaraq 904 min 455-ə çatıb.
Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu artım İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin Yanvar ayının 12-də yaydığı məlumatda bildirilirdi ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artmış  və 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 min olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358 min artaraq 897,9 minə çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayından bir çox mikro sahibkar və şirkət Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər ilə vergi güzəştlərindən istifadə etmək üçün minimum 3 işçi rəsmiləşdirməli olublar.
Dövlət sosial sığorta haqları üzrə yığım 60 milyon manata yaxın artıb
2024-cü ilin yanvar ayı ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz və ya 58,7 milyon manat artıb.
Qeyd edilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artaraq 285,2 milyon manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar ayı ilə müqayisədə 19,6 faiz artaraq 72 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb və 56,4 milyon manat təşkil edib. / marja.az

Maliyyə     Tarix: 09 fevral 2024

Oxşar xəbərlər

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi