"Mir" ödəniş sistemi nədir, Azərbaycan bu sistemə qoşula bilərmi?

BANKER.AZ — ABŞ Xəzinədarlığını (Maliyyə Nazirliyi) Xarici Aktivlərə Nəzarət İdarəsi ötən həftə Rusiyanın "Mir" ödəniş sistemindən istifadə edən maliyyə qurumlarına sanksiya xəbərdarlığı edib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyanın ödəmə sistemi ilə bağlı Türkiyəyə qarşı sanksiya təhlükəsi ilə bağlı açıqlamasından sonra "Mir" ödəmə sistemi araşdırma obyektinə çevrilib. Türkiyədəki 2 özəl türk bankı Rusiyanın bu ödəmə sistemini dayandırdıqlarını açıqlayıb. Həmçinin, üç dövlət bankı – Ziraat Bankası, VakifBank və Halkbank Rusiyanın Mir ödəniş sisteminin kartlarının qəbulunu dayandırıblar.
KİV-də yayılan məlumatda deyilir ki, Türkiyə "Mir" sisteminə qoşulan ayrıca bank yaradılacaq ki, onlar bu sanksiyadan yayına bilsinlər.
"Mir" nədir?
"Mir" Rusiya Bankının (Mərkəzi Bankı) 2017-ci il mayın 1-də qəbul etdiyi qanunla yaradılmış milli ödəniş sistemidir. Elektron pul köçürmələri üçün istifadə olunan sistemin "Visa" və "Mastercard" sistemlərinin analoqdur.
Hal-hazırda daha çox Rusiya şirkətləri — "Aeroflot və Rusiya Dəmir Yolları kimi Rusiyada fəaliyyət göstərən şirkətlər tərəfindən qəbul edilir, lakin yavaş-yavaş Rusiya törəmə şirkətləri olan xarici şirkətlər arasında da qəbul edilir. "Mir" ödəniş sistemi Rusiya Bankının törəmə şirkəti olan "Milli Kart Ödəniş Sistemi" (NSPK) tərəfindən idarə olunur. "Mir" debet kartları müştərilərinə məhsul və xidmətlərin alınması və bankomatlardan pul çıxarılması kimi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan yaradır.
Bu gün "Mir" markalı kartlar Türkiyə də daxil olmaqla 11 ölkə və regionda qəbul edilir. Bunlar Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Cənubi Osetiya və Abxaziyadır.
Azərbaycan qoşula bilərmi?
Göründüyü kimi siyahıda Azərbaycan yoxdur. Bu il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb.
Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.
Bəyannamənin 28-ci maddəsində isə yazılıb ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Azərbaycan Mərkəzi Bankının 29 iyulda keçirilən iclasında Banker.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, bununla bağlı müzakirələr gedir, lakin ondan sonra hansısa işin edib getmədiyi ilə bağlı açıqlama verilmir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ötən bildirmişdi ki, Rusiya Azərbaycan, Çin və Misirlə "Mir" ödəniş kartından istifadəyə dair danışıqlar aparır. O, bu istiqamətdə fəal işlədiklərini bildirməklə, Azərbaycan, Bəhreyn, Misir, Hindistan, Çin, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir.
Nazir müavini bildirmişdi ki, bütün Rusiya müştərilərinin ən böyük beynəlxalq kart ödəniş sistemləri tərəfindən "əsassız şəkildə" bloklanması "Mir" kartlarından istifadənin coğrafi genişləndirilməsinin prioritetini artırıb. Bəhreyn, Hindistan, Kuba, Myanma, Nigeriya, Tailand və digər ölkələrlə danışıqlar müxtəlif mərhələlərdədir.
Qeyd etməliyik ki, Rusiyanın başı hazırda Ukraynadakı müharibəyə qarışıb, lakin o hələ də Azərbaycanın ən böyük qeyri-neft – əsasən aqrar məhsulların alan ölkədir. Azərbaycan Rusiyaya cari ilin ilk yeddi ayında 472.34 milyon dollarlıq müxtəlif adda məhsul ixrac edib. Bu öncəki ildən 3% az olmasına rəğmən qeyri-neft sektorunun ixracı üçün əsas bazarlardan biri olaraq qalmadadır. İlin ilk səkkiz ayında ölkə ərazisinə gələn 1 mln.-luq turistin 26.2 faizi Rusiyadan gəlib.

Xəbərlər     Tarix: 29 sentyabr 2022

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar kursu emlak xeberleri biznes krediti biznes xeberleri