AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərirCari ildə valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində Mərkəzi Bank valyuta alışları həyata keçirib və nəticədə valyuta ehtiyatları artaraq tarixi maksimuma çatıb.
Banker.az Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, valyuta ehtiyatlarındakı artım ölkənin xarici şoklara qarşı dayanıqlığını gücləndirir və uzunmüddətli məzənnə sabitliyini dəstəkləyir.
Valyuta alışları bank sistemində manat likvidliyinin artması ilə müşayiət olunur. Qeyd edilməlidir ki, valyuta alışları ilə yanaşı bank sektorunun likvidlik mövqeyinə fiskal əməliyyatlar, nağd pul dövriyyəsinin dəyişimi və digər avtonom (pul siyasətindən kənar) amillər də təsir edir.
"İzafi likvidliyin artması banklararası pul bazarında faizlərə azaldıcı təsir göstərən faktordur. Bu isə öz növbəsində gəlirlilik əyrisinə, depozit və kredit faizlərinə də təsir göstərir", – deyə AMB-dən bildirilib.
Belə şəraitdə Mərkəzi Bank pul siyasəti hədəflərinə nail olmaq, xüsusən də banklararası pul bazarındakı faizlərin kəskin tərəddüdlərini minimallaşdırmaq üçün öz arsenalındakı alətlərdən adekvat istifadə edir. Belə ki, 2026-cı ilin əvvəlindən avqust ayının sonuna Mərkəzi Bankın sterilizasiya portfeli 2 dəfədən çox artıb.
AMB qeyd edib ki, izafi likvidliyin sterilizasiyası ilə Mərkəzi Bank inflyasiyaya potensial təsirləri məhdudlaşdırır. Lakin inflyasiyanın dinamikası daxili amillərlə yanaşı, dünya ərzaq və əmtəə qiymətləri, ticarət tərəfdaşlarındakı inflyasiya prosesləri və digər xarici mənşəli xərc amillərindən də əhəmiyyətli dərəcədə təsirlənir.
Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərini maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyini nəzərə almaqla tətbiq edəcək. Uçot dərəcəsinə dair qərarlar isə yenilənmiş makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla veriləcək.
Qeyd edək ki, 31 avqust 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 301,3 milyon ABŞ dollarına çataraq tarixi maksimumunu yeniləyib. Valyuta alışları qarşılığında bank sisteminə manat daxil olması isə bazarda manat likvidliyinin, başqa sözlə, manat bolluğunun artmasına səbəb olur.

Banklar     Tarix: 22 sentyabr 2026

Oxşar xəbərlər

Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 23-də faiz dəhlizinin parametrlərini açıqlayacaq. AMB-dən -a daxil olan məlumatda AMB bu dəfə faiz dərəcəsinə dair qərarı press-reliz kimi açıqlayacaq. AMB bu dəfə uçot faiz dərəcəsin

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir

ABŞ-ın bank və maliyyə xidmətləri nəhəngi "Bank of America" Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcəsini daha iki dəfə — oktyabr və dekabr iclaslarında 25 baza bəndi artıracağını gözləyir. bunu Bankı

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb

Bank olmayan kredit təşkilatı "Prior Credit" ASC nizamnamə kapitalını 2,1 milyon manatdan 3,101 milyon manata yüksəldib. Kapital artımı 48% təşkil edir və Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərində

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU

Azərbaycanda fiziki şəxslərin ən az depoziti olduğu bank məlum olub. Əhalinin əmanətlərini ən çox - Artırdığı banklar. biznes və maliyyə xəbərləri portalının ölkə bankları üzrə tərtib etdiyi fiziki şəxslərin depozitlərini

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb

"Bank Respublika" tərəfindən "AccessBank"ın səhmlərinin 100%-nin alınması ilə bağlı sövdələşmə Azərbaycan bank sektorunda konsolidasiya proseslərinin maliyyə dayanıqlığı və effektivliyinin artırılmasın


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya