Moody"s: Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yaxşılaşmaqda davam edəcək

Moody"Azərbaycanda bank sektorunun kredit keyfiyyəti növbəti 12-18 ay ərzində yaxşılaşmaqda davam edəcək".
Bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, vaxtı ötmüş kreditlərin həcmi 2022-ci ildəki 3.8%-dən 2023-cü ildə ümumi portfelin 2.6%-nə düşərək yeni tarixi minimuma çatıb. Aktivlərin keyfiyyəti yaxşılaşmağa davam edəcək və ehtiyatlar ümidsiz kreditləri əvəzləməyə kifayət edəcək.
"Qeyri-neft iqtisadiyyatı sahələrinin güclənməsi və əhalinin ümumi gəlirlərinin artması sayəsində əlverişli iqtisadi şərait bank sektorunun aktivlərin keyfiyyətinə müsbət təsir edəcək. Bu da bir çox borcalanların borclarını ödəmə qabiliyyətini gücləndirir. İstehlak kreditləri üzrə normativ hüquqi bazanın sərtləşdirilməsi və manatın sabitliyi 2020-ci ildə xarici valyuta olan kreditlərin ümumi portfeldəki payını 2020-ci ildəki 30%-dən 2023-cü ildə 20%-dən aşağı düşməsinə və onun kefiyyətinə təsir edib"- reytinq agentliyi bildirib.
"Moody"s" həmçinin, Azərbaycan banklarının məcmu kapitalı ilə bağlı proqnozunun müsbət olduğunu açıqlayıb: "Qiymətləndirdiyimiz Azərbaycan bankları 2022-ci ilin sonuna risklə ölçülmüş aktivlərin (RWA) 19%-i həcmində olan maddi məcmu kapital (TCE) ilə möhkəm kapital buferinə malik olub. Növbəti 12-18 ay ərzində bankların maddi məcmu kapitalının riskli aktivlərə (TCE/RWA) nisbətinin marjinal şəkildə artacağını gözləyirik. Çünki riskli aktivlərin artımı yavaşlayacaq, kapitalın formalaşması isə gəlirliliyin artması səbəbindən sürətlənəcək". / banker.az

Banklar     Tarix: 04 mart 2024

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq