Moody"s: Azərbaycan hökuməti bank sektorunu dəstəkləməyə qadirdir
"Azərbaycanda ən böyük banklara potensial dövlət dəstəyi yüksək olaraq qalır".
Bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyindən bildirilib. "Moody"s" qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən toplanmış ümumi ehtiyatlar 2023-cü ilin sonuna ÜDM-in 100%-ni ötüb. Bu baxımdan, hökumət iqtisadiyyatı və yüksək dollarlaşmış, ümumi aktivləri ÜDM-in təxminən 35%-ni təşkil edən bank sistemini dəstəkləməyə qadirdir.
Agentlik qeyd edib ki, dövlət dəstəyi və sistem əhəmiyyəti ötən il uzunmüddətli depozit reytinqi qiymətləndirilən 5 Azərbaycan bankından 3-nün İlkin Kredit Qiymətləndirmələri üzrə (BCA) reytinqinin yüksəlməsinə təsir edib: "Biz 31 dekabr 2023-cü il tarixinə sektor üzrə aktivlərin 58%-nə sahib olan 23 kommersiya bankından 5-ni qiymətləndirdik. Bizim fikrimizcə, Azərbaycan banklarının BCA-ları, onların müstəqil maliyyə gücünə dair ölçülmüş göstərici ilə ba3-dən b2-yə qədər üç pilləli diapazonda paylanır. 1 bankın reytinqi b1, 3 bankın reytinqi b2, 1 bankın reytinqi isə ba3 səviyyəsində qiymətləndirilib. 3 bank üzrə proqnoz "müsbət", 2 bank üzrə is "stabil" olaraq qiymətləndirilib. Bankların uzunmüddətli depozitlər üzrə orta çəkili reytinqi isə ba3 səviyyəsindədir". / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Freelance" nədir?
Biznes təlimlər və tədris üsulları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SMM nə deməkdir?
Shopify-da necə satışa başlamaq olar?