Moody"s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi
®Moody"s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2025-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək reytinq üzrə proqnozu "stabil" olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib.
Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib.
Moody"s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın güclü kapital mövqeyi, sabit gəlirlilik, sağlam likvidlik mövqeyi və sabit depozit portfeli ilə əlaqələndirir.
Agentlik Bankın orta aktivlərinin gəlirliliyinin (ROA) 2 %-dən yuxarı səviyyədə olmasını müsbət qiymətləndirir və bildirir ki, son üç ildə Bank yüksək xalis faiz marjası, kredit ehtiyatları və effektiv xərc idarəçiliyi sayəsində dayanıqlı gəlirlilik nümayiş etdirib.
Hesabatda qeyd edilir ki, Ba3 səviyyəli uzunmüddətli yerli və xarici valyutada depozit reytinqi üzrə stabil proqnoz Bankın kredit göstəricilərinin növbəti 12–18 ay ərzində ümumilikdə sabit qalacağına dair gözləntiləri əks etdirir. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları