"Muğanbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün banklar müəyyən olundu

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğanbank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Muğanbank" ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilmişdir.
Bildiririk ki, kompensasiyaların ödənilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC vasitəsilə 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Muğan Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını 27 noyabr 2023-cü il tarixdən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcəkdir.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az / banker.az

Banklar     Tarix: 14 noyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışı qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklə

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları

Bayram günlərində işləyəcək banklar açıqlanıb

20 – 30 mart 2026-cı il tarixləri olan qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə  Mərkəzi Bankdan bildirilib

AFB Bank-dan yeni "Mono Əməkhaqqı Kartı" – şirkətlər üçün daha sərfəli maaş layihəsi

AFB Bank şirkətlər və onların əməkdaşları üçün yeni "Mono Əməkhaqqı Kartı" məhsulunu təqdim edir. Yeni məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank həllərinə keçidini təşviq etmə

"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb

"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABB" xarici bankda iştirak payı (nəzarət səhm paketi) alacaq

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "ABB" ASC) İdarə Heyəti Sizin nəzəriniz

Rusiya Bankı ötən ili zərərlə başa vurub

Rusiya Bankı 2025-ci il üçün 184,8 milyard rubl (2,2 milyard ABŞ dolları – Qeyd) xalis zərərlə üzləşib, əvvəlki ildə isə mənfəət 199,5 milyard rubl (2,3 milyardan çox ABŞ dolları – Qeyd) olub. Bu barədə məlumatlar tənzimləyicini

Azərbaycanın tədiyə balansında $1.4 mlrd. kəsir olub

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktor

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql


iqtisadi xeberler bank faizleri birbank internetden pul qazanmaq leobank kart