"Muğanbank"ın əməliyyat mənfəəti 10 dəfədən çox artıb - MALİYYƏ VƏZİYYƏTİ

"Muğanbank" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 506 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 556 min manat xalis mənfəət ilə bağlamışdı.
Mənfəətdə cüzi azalma mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha doğru əks etdirən əməliyyat mənfəəti 10 dəfədən çox artaraq 768 min manatdan 8 milyon 67 min manata yüksəlib.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Muğanbank" ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 5 milyon 522 min manat və ya 42,2%  artaraq 18 milyon 611 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 227 min manat və ya 40,4% artaraq 21 milyon 628 min manat təşkil edib.  
2022-ci ilin yanvar-iyun dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 40 milyon 239 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 32 milyon 172 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 8 milyon 67  min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan ehtiyatlara 7 milyon 562 min ayırdığından cari ilin ilk 6 ayını 506 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri 28 milyon 490 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 722 min manat, əməliyyat mənfəəti 768 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan məbləğ 212 min manat, xalis mənfəəti  556 min manat təşkil etmişdi.  
ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN ARTIB
"Muğanbank"ın cəmi əməliyyat gəlirlərinin 11 milyon 749 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 4 milyon 450 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəətində 7 milyon 299 min manat və ya 10,5 dəfə artım baş verib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin sonu ilə müqayisədə, "Muğanbank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 27 milyon 535 min manat və ya 6,9% artaraq 30 iyun 2022-ci il tarixində 428 milyon 596 min manata çatıb. Eyni tarixdə Bank 697 milyon 666 min manat cəmi aktivlərə malik olub.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində "Muğanbank" ASC 103 milyon 150 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 101 milyon 866 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 26 iyul 2022

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri