Nağdsız ödənişlərin artımı sürətlənir, rekord vurur – 8 aya 11 mlrd. manat

Nağdsız ödənişlərin artımı sürətlənir, rekord vurur – 8 aya 11 mlrd. manatAzərbaycanda nağdsız ödənişlər yeni rekord yeniləyir.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk səkkiz ayında ölkə ərazisində elektron ticarətdə nağdsız ödənişlərin həcmi  10 milyard 620.7 milyon manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövründən 3 dəfəyə yaxın çoxdur, hətta həmin il tam olaraq heç 8 milyardlıq əməliyyat aparılmamışdı.
E-ticarət ilə ödənişlərin həcmi təkcə avqust ayında 1 milyard 708 milyon manat olmaqla öncəki ayı 9%-dən çox üstələmiş olub.
e-ticarətin həcmi, mln. manat
Ay
2021-ci il
2022-ci il
01
360
         920
02
370
      1,016
03
450
      1,242
04
421
      1,270
05
440
      1,373
06
496
      1,526
07
539
      1,566
08
565
      1,708
Azərbaycanda son iki ildə nağdsız ödənişlər artımı daha sürətlənib. Buna səbəb hökumətin tətbiq etdiyi bəzi stimullaşdırıcı tədbirlər (ƏDV geri al və s.) və bankların sərfəli (cash-back imkanı) plastik kartlar emissiyasıdır.
"ƏDV geri al" ilə əlavə dəyər vergisinin nağd ödənişlə 10%-ni, nağdsız ödənişlə isə 15%-ni "cash-back" kimi müştəriyə qaytarır. Hökumətin digər tətbiq etdiyi qayda isə nağdsız ödənişdən imtinaya görə tətbiq edilən cərimədir. 1 yanvar 2020-ci il tarixindən başlayaraq təsərrüfat subyektlərində POS-terminalların  quraşdırılmaması və ya nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyalarının tətbiqinə start verilməsi mövcud sahə üzrə administrativ nəzarətin güclənməsinə səbəb olur.
Ölkə banklarının debet kartları – hansı ki, bəzi hallarda pulsuz belə təklif edilir – plastik kartla ödədiyi halda onlara 1-5% üzərində "cash-back" imkanı təklif edir. Mərkəzi Bankın son açıqlamalarında da ölkədə nağdsız ödənişlərin həcminin daha da artırlması öndə məqsəd qoyulur.
2020-ci ilin ilk səkkiz ayında ölkədə nağdsız qaydada ödənilmiş e-ticarətin həcmi 2.43 mlrd., 2021-ci ilin eyni dövründə 3.64 mlrd. və 2022-ci ildə isə 10.62 mlrd. olub.
Hesabat dövründə POS-terminallarla ödənişlərin həcmi  3 milyard 485 milyon manat olub, bu da 2021-ci ilin müvafiq dövründən 43 yüksək rəqəmdir.

Banklar     Tarix: 27 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri