Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində nöqsanlar aşkarlanıb
Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində nöqsanlar aşkarlayıb.
Bu barədə Palatadan bildirilib.
Belə ki, Palata Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib. Tədbirin məqsədi 2023-2024-cü illər üzrə Agentlik üzrə dövlət vəsaitlərinin, həmçinin digər dövlət əmlakının istifadə və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair yetərli, müvafiq audit sübutları toplayaraq mövcud vəziyyətin müəyyən edilməsi olub.
Tədbirin nəticələrinə əsasən müəyyən edilib ki, Agentlik üzrə 2023-cü ildə təsdiqlənmiş smetanın cəmi 43,32%-i icra olunub, amma 2024-cü il üçün əvvəlki faktiki icradan 35% artıq proqnoz hazırlanıb. 2024-cü ildə faktiki xərclər artım əvəzinə əvvəlki ildən 4,35% az olub. Bu, planlamada ciddi uyğunsuzluqların olduğunu göstərir. İki avtobusun metal qırıntısı kimi satılmasından gələn 2220 manatın böyük hissəsi qurumun hesabına daxil olmayıb. "Taksi" avtomobilinin sökülmüş dəmir konstruksiyası cəmi 160 manata satılıb. Əmək stajının yanlış hesablanması nəticəsində işçilərə 9513 manat artıq vəsait ödənilib. 14 noyabr 2024-dən sonra hüquqi qüvvəsini itirmiş qərarlara baxmayaraq, işçilərə ümumilikdə 26 890 manat əməkhaqqı və 21 735 manat əlavələr ödənilib. Bu ödənişlərin heç bir hüquqi əsası olmayıb. "Daxili audit və mühasibatlıq xidməti" üzrə 4300 manatlıq müqavilə bağlanıb, amma xidmətlərin heç biri icra edilməyib. Sonradan təqdim edilən arayış qeyri-peşəkar hazırlanıb və hətta 2018-ci ildən qüvvədən düşmüş standartlara istinad olunub. Elektrobuslar üçün alınmış 8 ədəd charger aparatının 5-i istifadəsiz qalıb. Zəmanət müddəti bitdiyi üçün avadanlıqlar istismara verildikdə təchizatçı məsuliyyət daşımayacaq. Halbuki anbarda istifadəsiz chargerlər olduğu halda, əlavə 10 ədəd yeni charger də satın alınıb. 2023–2024-cü illərdə icarədən ümumilikdə 1,48 milyon manat daxil olub. Amma daşınmaz əmlakdan gələn vəsaitlərin dövlət büdcəsinə köçürülməli olan hissəsi – 26 227 manat dövlətə çatdırılmayıb. İcarəyə verilmiş 18 avtobus üçün 20 088 manatlıq ehtiyat hissələri Agentliyin anbarından silinərək icarəçilərə ödənişsiz verilib. İcarəyə verilən obyektlərin kommunal xərcləri 3192 manat Agentliyin hesabına yazılıb. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?