Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 8 %-ə yaxın artıb
Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 435 milyon 760,9 min manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinin məlumatında bildirilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Kredit qoyuluşunun 282 milyon 021 min manatı və yaxud 64,7 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 2,3 % azdır.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 127 milyon 981,4 min manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 27,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 24,8 %-dən 29,4 %-ə yüksəlib.
Bu il mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 25 milyon 758,5 min manat olub. Bu, illik müqayisədə 58,8 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 4 %-dən 5,9 %-ə yüksəlib. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?