"NaxçıvanBank" 8 milyon manatdan çox mənfəət edib
"NaxçıvanBank" ASC 2023-cü ilin 2-ci rübünü 8 milyon 72 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 7 milyon 814 min manat təşkil edib ki, bu da illik müqayisədə 3.3% artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında "Naxçıvan Bank"ın gəlirləri 14 milyon 310 min manat (illik müqayisədə 14.4% çox), xərcləri 5 milyon 991 min manat təşkil edib. 2022-ci ilin eyni aylarında bankın gəlirləri 12 milyon 510 min manat, xərcləri isə 4 milyon 332 min manat olub.
Bu il iyulun 1-nə "Naxçıvan Bank"ın aktivləri 295 milyon 773 min manat olub ki, bunun 204 milyon 701 min manatı müştərilərə verilmiş kreditlərdir.





ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz