"Naxçıvanbank" özünüməşğulluq layihəsi çərçivəsində növbəti 4 vətəndaşa dəstək olub
(®) Naxçıvanbank özünüməşğulluq layihəsi çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, qazilərə dəstək olmaq məqsədilə onların əvəzsiz olaraq vəsaitlər və avadanlıqlar ilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Bank şəxsi biznes arzusunda olan Şərur rayon Çərçiboğan kənd sakini Abbasov Asim Rasim oğlunu "Kiçik dülgər sexi" fəaliyyəti üçün usta avadanlıqları, Naxçıvan şəhər sakini Babayev Sərxan İbrahim oğlunu "Kiçik foto atelye" avadanlıqları, Şahbuz rayon Keçili kənd sakini Məmmədov Barat Famil oğlunu "Kiçik dəmirçi sexi" fəaliyyəti üçün usta avadanlıqları, Naxçıvan şəhər sakini Babayeva Rəna Fərəməz qızını isə "Kiçik dərzi sexi" avadanlıqları ilə təmin etmişdir.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan Memoranduma əsasən Naxçıvanbank tərəfindən həyata keçirilir.


/ marja.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Whatsapp biznesin üstünlükləri nələrdir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Yatırım olmadan necə biznes qurmaq olar?
Layihə menecmenti nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?