Naxçıvanda əmanət qoyuluşu və nağdsız dövriyyədə də müsbət dinamika davam edir

Naxçıvanda əmanət qoyuluşu və nağdsız dövriyyədə də müsbət dinamika davam edir1 yanvar 2025-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil etmişdir ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8 milyon 677 min manat və ya 1.5 dəfə çoxdur.
Azərbaycan Respublikasi Mərkəzi Bankinin Naxcivan MR İdarəsindən Marja-ya verilən məlumata görə, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5.6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan əmanətlərin payına düşmüşdür ki, milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olmuşdur.
2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1 milyard 26 milyon 328 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1.7 dəfə çoxdur. / marja.az

Banklar     Tarix: 06 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri