Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıb

Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıb2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 71 nəfərə ipoteka krediti verilib. 2023-cü ildə bu rəqəm 46, 2022-ci ildə isə 36 nəfər olmuşdu. 
Bu barədə Marja-ya "Naxçıvan İpoteka Fondu" ASC-dən məlumat verilib.
Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıbQeyd edilib ki, maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə gəlincə son 5 ildə ən çox kredit 2024-cü ildə verilib. Belə ki, 12 ay ərzində sakinlər 5 milyon 267 min 792 manat ipoteka kreditindən yararlanıblar. Ümumiyyətlə, geridə qoyulan illərə nəzər yetirdikdə bu, ən yüksək göstəricidir. 2023-cü illə müqayisədə bu rəqəm 2 dəfə çoxdur. Həmin il 46 nəfərə ipoteka fondu tərəfindən, sadəcə, 2 milyon 575 min 32 manat verilmişdir. 
Eyni zamanada maliyyələşdirilmiş güzəştli və adi ipoteka kreditlərinin illər üzrə həcmində də xeyli artım müşahidə olunur. 2024-cü ildə verilən ipoteka kreditlərinin 3 milyon 402 min 713 manat güzəştli, 1 milyon 865 min 79 manatı isə adi kredit kimi verilib. Ötən il verilən kreditlərdən 70-i Naxçıvan şəhərinin, 1-i isə Şahbuz rayonunun payına düşür. 2023-cü ildə isə verilən ipoteka kreditinin 46-sı təkcə Naxçıvan şəhərini əhatə etmişdir. Digər maraqlı məqam verilən kreditlərdə qadınların sayının artmasıdır. 2023-cü ildə 5 qadın ipoteka kreditindən yaralanmışdısa, 2024-cü ildə bu rəqəm artıq 16 olub. 
İpoteka krediti götürənlərin yaş həddinə gəlincə 2024-cü ildə daha çox bundan istifadə edənlər 30-35 yaşlı sakinlər olub – 29 nəfər. Yaşı 35-i haqlamış 25 nəfər, yaşı 18-29 aralığı olan 17 nəfər də ötən il ipoteka kreditindən yararlanıb. 
2022 və 2023-cü illərlər müqayisədə 2024-cü ildə ilk dəfə olaraq tibb sahəsində çalışan işçilərə ipoteka krediti verilib. Həmçinin ötən il 3 şəhid ailəsi də bu kreditdən yararlanıb. Ümumiyyətlə, geridə qoyduğumuz ildə 18 hərbi qulluqçuya, 19 dövlət qulluğunun xüsusi növündə çalışan şəxsə və 12 təhsil işçisinə ipoteka krediti verilib. / marja.az

Banklar     Tarix: 28 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin