Naxçıvanda sahibkarlıq subyektləri artıb
Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə 6263 yeni Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) qeydiyyata alınıbsa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7% artım deməkdir.
Qeyd edilib ki, vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi aktivliyin yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönəlmiş tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir. Bunun nəticəsi olaraq, qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında 01.01.2025 tarıxinə əvvəlki dövrlə müqaisədə 72,8% artım qeydə alınıb ki, əvvəlki ilə nisbətən bu da yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3%, aktiv VÖEN-lərin sayı 71,4%, aktiv obyektlərin sayı isə 19,7% artıb.
Bu dinamika Naxçıvanda biznes mühitinin yaxşılaşdığını və sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Yeni açılan müəssisələr və artan vergi ödəyiciləri həm məşğulluğun artmasına, həm də əhalinin rifah halının yüksəlməsinə müsbət təsir edir. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri