Naxçıvanda üç şirkətə İxrac Təşviqi Sənədi verilib

Naxçıvanda üç şirkətə İxrac Təşviqi Sənədi verilibNaxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yerli ixracatçıların stimullaşdırılması məqsədilə üç şirkətə ümumi dəyəri 119 min manatdan çox olan İxrac Təşviqi Sənədi verib.
Məlumata görə, bunu nаzir Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2016-2023-cü illərdə 18 sahibkarlıq subyektinin 24 layihəsinə verilmiş İnvestisiya Təşviqi Sənədi çərçivəsində idxal edilən 77 milyon manatdan çox dəyərdə avadanlıqlara gömrük və vergi güzəştləri tətbiq edilib.
"Naxçıvanda istehsal olunan məhsulların - vafli məmulatları, peçenyelər, mineral sular, üzüm, araq, siqaret, travertin, mərmər, mebel, gipsolit karton lövhə, dolğu tozu, sement və məsaməli beton blokların 9 ölkəyə (Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Ukrayna, BƏƏ, Əfqanıstan və Yəmən) ixrac olunması məqsədilə bu il yerli "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 247 mənşə sertifikatı verib. Müasir mərhələdə Naxçıvanda aqrar-sənayenin inkişafı həm daxili ehtiyacların ödənilməsinə, həm də ixracın genişləndirilməsinə yönəldilib. Bu gün ölkəmiz "Made in Azerbaijan" milli brendini xarici bazarlarda fəal tanıtmaqla ixrac coğrafiyasını genişləndirməkdədir. Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər üçün ixrac təşviqlərinin tətbiqi bu məhsulların daxili istehsalını və ixracını xeyli artırıb. Məhz bu məqsədlə "Orqanik Naxçıvan" Publik Hüquqi Şəxsi yaradılıb. Bu brend adı altında Naxçıvanın orqanik məhsulları ölkə daxilində və xaricində satılacaq. Bundan əlavə, idxalı əvəzetmə potensialından rasional istifadə, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixrac potensialının artırılması üçün aqroparkların yaradılması işləri də davam etdirilir", - deyə nazir əlavə edib.
© "Report"

Maliyyə     Tarix: 26 oktyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu