Nədir COP29?

Nədir COP29?COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan* irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" – sıfır emissiyaya nail olmaqdır.
Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.
Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir.
Növbəti, COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir.
11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
* Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrinin qarşısını almaqdır.
Müəllif: Orxan Məmmədli / banker.az

Maraqlı     Tarix: 16 dekabr 2023

Oxşar xəbərlər

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi rubl mezenne bitkoin