"PAŞA Bank" İCPC müsabiqəsinin dünya finalının keçirilməsinə tərəfdaşlıq edib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" nüfuzlu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının Bakıda keçirilməsinə tərəfdaşlıq edib.
Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, eləcə də "PASHA Holding"in dəstəyi çərçivəsində Bakıda ilk dəfə keçirilən ICPC dünya finalı ölkəmizin texnoloji inkişafında mühüm hadisə hesab olunur. "OpenAI", "Google", "Huawei" kimi aparıcı texnologiya şirkətlərinin nümayəndələri də dünya finalında iştirakla əlaqədar Bakıda bir araya toplaşıblar. ICPC proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız bir komanda ilə təmsil olunub. Bu il isə ilk dəfə olaraq Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft Məktəbinin iki komandası təmsil edir.
Qeyd edək ki, innovasiya və gənclərin peşəkar inkişafı istiqamətləri "PAŞA Bank"ın Korporativ Sosial Məsuliyyət siyasətində xüsusi yer tutur. Ölkənin texnoloji potensialına, həm də gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verən "PAŞA Bank"ın bu kimi beynəlxalq tədbirlərdə iştirakı uzunmüddətli hədəflərdə prioritet kimi müəyyənləşdirilib.
/ banker.az

Banklar     Tarix: 05 sentyabr 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq