Neftin qiyməti niyə sürətlə dəyişir və bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərir? - AÇIQLAMA

Neftin qiyməti niyə sürətlə dəyişir və bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərir? - AÇIQLAMANeftin dünya bazarındakı qiyməti demək olar ki, hər gün dəyişir. Gah "qara qızıl"ın qiyməti yüksələn xətt üzrə inkişaf edir, gah da əksinə enmələr müşahidə olunur.  Bəs görəsən  neftin qiymətinin sürətlə dəyişməsinin səbəbi nədir və bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, neftin qiymətinin stabil qalmaması "qara qızıl"a olan tələb və təklifin dəyişməsindən aslıdır: "Pandemiyanın yeni dalğası səbəbi ilə neftə olan tələbin azalacağı gözləniləndir. Ümumiyyətlə iqtisadiyyat yavaşlayacaq. Həmçinin ABŞ-ın daraldıcı humanitar siyasətinin nəticəsində bu ölkənin neftə olan təlabatının azalacağı gözləniləndir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq Avropada iqtisadiyyatın artım tempinin aşağı düşəcəyi gözlənilir. Bunun da neftə olan təlabata təsiri qaçılmazdır. Beləliklə tələbin azalması neftin qiymətinin qismən düşməsinə səbəb olacaq. Əsas məsələ isə təklif tərəfdədir. Hələlik isə uzun müddətdir neft ixrac edən ölkələrin böyük hissəsinin toplaşdığı OPEC-in dəyişikliklərinin nəticəsidir ki, Bu, ümumi qiymətdə özünü göstərir. Yəni nə qədər ki, dünya siyasətində və iqtisadiyyatında stabillik yoxdur, neftin qiyməti də stabil olmayacaq".
Ekspertin sözlərinə görə, Azərbaycan neft resurslarına strateji yanaşmalıdır: "Təəssüf ki, hal-hazırda hökumət neft resurslarına qısa müddətli baxmağa meyillidir. Neftin qiyməti qalxdıqda büdcəni böyütmək və ya əksinə olduqda bəzi layihələri ixtisara salmaq kimi düşüncələr tamamilə yanlışdır. Bunun iqtisadiyyata həm uzunmüddətli, həm də qısamüddətli zərərləri ola bilər. Hansısa layihələr neftin qiymətində dəyişikliyə həsas olmalı deyil. Uzunmüddətli zərərərlər ondan ibarətdir ki, müxtəlif özəl sektor subyektləri bu cür dalğalanmalara risk kimi baxırlar. Riskli mühitdə isə yaxşı inkişaf edə bilmirlər. Həm də bu cür mühitdə qoyulan investisiyalar az olur. Bir sözlə Azərbaycanın təkmilləşmiş neft strategiyası olmalıdır. Onun da əsas məqsədlərindən biri neftin qiymətində dalğalanma olan zamanı iqtisadiyyatı qorumaqdır. Neft Fondu da bu məqsədlə yaradılsa da, şirkət sözügedən məsələyə əməl etmir. İkinci məqam ondan ibarətdir ki, Azərbaycan uzunmüddətli perspektivdə neftdən maksimum gəlir əldə etməlidir. Neftin istehsalı Qara qızıl"ın qiymətinə həsas olmalıdır. Neftin qiyməti yüksək olduğu zamanlarda istehsal artmalıdır, aşağı dövrlərdə isə azalmalıdır. Hazırda proses nəinki neytraldır, hətta tərsinə dövr edir. Neftin bu cür istismarı neft gəlirlərinin optimallaşmasına imkan vermir. Neft Fondunda olan bütün aktivlərin ümumi həcminin 30 milyard dollardan yuxarı olduğunu nəzərə alsaq, hər il 1-2 faiz itki dövlət üçün çox böyükrəqəmdir".
Neftin qiyməti niyə sürətlə dəyişir və bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərir? - AÇIQLAMAElçin Rəşidov əlavə edib ki, dalğalanmaların Azərbaycan iqtisadiyyatına əslində təsiri yoxdur. Bu təsirlər süni şəkildə büdcə institutu tərəfindən yaradılır: "Büdcəyə neft qiymətlərinin bir hissəsi vergi transferi ilə köçürülür və bu yanlış mexanizmdir. Bu büdcə defisitini və yaxud profesetini dəyişə bilir. Profeset yarandıqda ilin ortasında buna yenidən baxılır və yanlış siyasət həyata keçirirlir. Çünki, neft gəlirlərinə uzunmüddətli strateji yanaşmanın bir perspektivi də ondan ibarətdir ki, iqtisadiyyatın çiçəklənmə illərində həmin gəlirlərin iqtisadiyyata transferi azaldılmalıdır. Bizdə isə əksinədir. Neft qiymətləri qalxdıqda, neft şirkətləri daha çox sifarişlər verir ki, bu da iqtisadiyyatda artıma səbəb olur".
Ekspert bildirib ki, dalğalanmalar risk yaradır. Risk olan yerdə isə investisiyalar ya yatırımlar azalır: "Ümumi iqtisadiyyat kiçilir və sahibkarlar daha da narazı qalır. Neft gəlirləri iqtisadiyyatda daha çox yer tutduqca bu, iqtisadiyyatın digər sektorlarının rəqabət qabiliyyətini aşağı salır. Hal-hazırda bizim qeyri-neft sektorunun əmək məhsuldarlığı Gürcüstan müvaafiq sektorlarının əmək məhsuldarlığından  az qala 2 dəfə aşağıdır. Ona görə də, neft gəlirlərini uzunmüddətli düşünməklə, məhdud miqdarda və yanlız investisyalar olmaqla istehsala buraxmaq lazımdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari kicik biznes dollar kursu