Niderlandın ölkəmizdəki səfiri "Bank Respublika"ın rəhbərliyi ilə görüşüb
®Bir çox nüfuzlu beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq edən Bank Respublika ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə də birgə layihələr həyata keçirməyi planlaşdırır.
Bununla bağlı, "Bank Respublika"nın Baş ofisində Bankın rəhbərliyi ilə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizema arasında görüş keçirilmişdir. Görüşdə "Bank Respublika" ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti iştirak edib.
Tərəflər müxtəlif sahələr üzrə gələcək əməkdaşlığın inkişaf istiqamətləri, xüsusilə ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarlara və gənc iş adamlarına dəstək, korporativ sosial məsuliyyət layihələrinin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xanım Paulin Eizema Bank Respublika ilə olan əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
/ banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
CV-nin tərtib edilməsi prinsipləri
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Az pulla hansı işi qurmaq olar?