"OBA" ilə AQSİA arasında memorandum imzalanıb – VİDEO

"OBA Market" MMC ilə Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Agentliyi (AQSİA) arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında memorandum imzalanıb.
FED.az xəbər verir ki, sənəd noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş "Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq" adlı V Forumda qüvvəyə minib.
Memorandum "OBA" marketlər şəbəkəsinin tədbirdəki nümayəndəsi Kamilə Məhərrəmli ilə AQSİA-nın sədri Səkinə Babayeva arasında imzalanıb.
İki qurum arasında əməkdaşlıqda əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkar qadınlara dəstək olmaqdır. Həmçinin, "OBA" marketlər şəbəkəsi təşkilati dəstəyə görə AQSİA tərəfindən təltif olunub.
Tədbir zamanı "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın qadınlara müraciətini əks etdirən videoçarx yayımlanıb. Sədr bildirib ki, "OBA Market" MMC-nin əməkdaşlarının 44 faizini qadınlar təşkil edir və şirkət hər zaman qadın əməkdaşlarına və qadın sahibkarlara dəstək verməyə hazırdır.
Forumda kiçik və orta biznesi olan qadın sahibkarların yarmarkası təşkil olunub. "OBA Market" MMC-nin əməkdaşları yarmarka müddətində qadınlar üçün işəqəbul prosesi həyata keçiriblər. Onlarla qadın şirkətlə əməkdaşlıq üçün müraciət edib.
Qeyd edək ki, "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1100-dən çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Biznes     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR

Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR. "Raspberry AZ-I" MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapital

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın


iqtisadi xeberler 1000 manatla biznes valyuta xeberleri bank faizleri kicik biznes