"Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik" - BANK SƏDRİ

"Bu gün, rəqəmsal platformalar müştərilərlə təmaslar qurmaq və onlara yeni dəyərlər ötürmək üçün ideal kanal və məkandır. Düşünün, illər öncə müştəri loyallığını artırmaq üçün hədiyyə kuponları, endirim kartları, müxtəlif bonus proqramları var idi. Sonradan həyatımıza ödəniş kartları vasitəsilə keşbeklər gəldi. Müasir dünyada smartfonlar gündəlik həyatımızın tərkib hissəsidir. İnnovativ şirkətlər öz müştərilərinə rəqəmsal platformalar üzərindən data əsaslı, fərdiləşmiş loyallıq proqramları təqdim edir. Biz də ABB-də bunu etməyə çalışırıq".
Marja.az xəbər verir ki, bunu müsahibəsində "ABB" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Abbas İbrahimov, "Məsələn, biz gördük ki, müştərilərimiz təkcə bizim keşbekli TamKart məhsulumuzla yox, öz maaş kartları ilə də nağdsız ödənişlər edirlər. Düşündük ki, həmin müştərilərlə rəqəmsal kanalımız vasitəsilə təmas qurub, heç bir yeni fiziki kart təqdim etmədən, məhz onun seçdiyi kateqoriyalara uyğun dəyərlər ötürək" deyərək müsahibəsinə belə davam edib:
"Beləcə, hazırda bir neçə aydır müştərilər tərəfindən rəğbət görən "Faydalı keşbek" layihəmiz ortaya çıxdı. Rəqəmsal platformada, cəmi bir neçə toxunuşla ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı verdik. Bütün bunlar, hələ başlanğıcdır. Yaxın aylarda bu layihəmizi yeni mərhələyə daşıyacağıq. ABB-nin məhsul və xidmətlərindən daha çox istifadə edən, kartlarımızla daha çox dövriyyə edən müştərilərimizə daha böyük dəyərlər ötürəcəyik, onlara fərdiləşmiş təkliflərimiz olacaq". 
 Abbas İbrahimov qeyd edib ki, ABB özünü ölkənin ən böyük universal bankı kimi mövqeləndirir: "Yəni ABB bu gün bütün müştəri seqmentlərinə xidmət edir. Təhlillərimiz, bazar araşdırmalarımız onu göstərir ki, son dönəmdə ölkəmizdə bizneslərin şəffaflaşma meylləri, rəqəmsallaşma tendensiyası kiçik bizneslərin yeni ehtiyaclarını ortaya çıxarmaqdadır. Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik". 
Bankın sədri "Bu, kiçik sahibkarlara nə imkanlar yaradacaq?" sualına belə cavab verib:
" Nəzərdə tutduğumuz model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq "Beyond banking" həllərini də əhatə edəcək. Getdikcə şəffaflaşan kiçik bizneslərə yeni dəyərlər yaradaraq rəqəmsal platformamıza gətirmək istəyirik. Bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. Kiçik bizneslər üçün maliyyə resurslarını daha əlçatan edəcək". 
Həmçinin oxu
"ABB yeni strateji dövrə daxil olub" - MÜSAHİBƏ

Banklar     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti