Ötən il Azərbaycan Rusiyadan 516 min kubmetr taxta-şalban alıb - 4-CÜ BÖYÜK İDXALÇIYIQ

Ötən il Azərbaycan Rusiyadan 516 min kubmetr taxta-şalban alıb - 4-CÜ BÖYÜK İDXALÇIYIQAsiya ölkələrinin Rusiyanın taxta-şalban ixracında payı 98%-ə çatıb. 2023-cü ildə ölkənin ümumi taxta-şalban ixracı 10% azalıb.
Bu barədə Marja.az "Roslesinforq"un (Roslesxozun meşə təsərrüfatının uçotu agentliyi) mətbuat xidmətinə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Rusiyadan taxta-şalban ixracının həcmində Asiya ölkələrinin payı ilk dəfə olaraq 98%-ə çatıb. 2021-ci ildə bu rəqəm 76%-i ötmürdü. 2023-cü ildə Rusiyadan taxta-şalban ixracının həcmi 20,7 milyon kubmetr təşkil edib, bu, 2022-ci illə müqayisədə 10% azdır. Rusiyanın taxta-şalban ixracatçıları Avropa satış bazarlarını tez bir zamanda Asiya bazarları ilə əvəz edə bildilər, indi onların ölkənin ixrac strukturunda payı 98%-ə çatıb, halbuki ötən il bu, təxminən 87% təşkil edib", - deyə məlumatda bildirilir.
Əsas tərəfdaş olaraq 2023-cü ildə təxminən 13 milyon kubmetr taxta-şalban ixrac edilən Çin qalıb. Bu rəqəm 2022-ci il səviyyəsində olub.
Sonrakı yerdə Özbəkistan gəlir - 2 milyon kubmetrdən çox - artım 8% təşkil edib, Qazaxıstan ilk üçlüyü bağlayır - 926 min kubmetr. Bu da 2022-ci illə müqayisədə 17% çoxdur. İlk on idxalçıya Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min kubmetr), Qırğızıstan (417 min kubmetr), İran (392 min kubmetr), Cənubi Koreya (340 min kubmetr), Yaponiya  (337 min kubmetr) və Honq Konq (283 min kubmetr) daxildir.  Ümumilikdə, 2023-cü ildə Rusiya 51 ölkəyə taxta-şalban ixrac edib.
2022-ci ildə Rusiyanın taxta-şalban ixracının həcmi 23 milyon kubmetr təşkil etmişdi. Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna Çin, Özbəkistan, Finlandiya, Qazaxıstan, Azərbaycan, Estoniya, Belarusiya, Sinqapur, Tacikistan və Honq Konq daxil idi. 
2023-cü ildə Rusiyanın Türkiyəyə taxta-şalban satışı 2,3 dəfə artaraq 254 min kubmetr təşkil edib. Satış Qırğızıstana  36%, Koreyaya 28%, Misirə 18%, Qazaxıstana 17%, BƏƏ-yə  11% artıb. Bundan əlavə, Rusiyadan Livan, Vyetnam, Əfqanıstan, Gürcüstan, Ermənistan, İsrail, Tunis və Hindistana taxta-şalban tədarükü artıb. 
Taxta məhsullarının ixrac həcminə görə lider regionlar siyahısına İrkutsk vilayəti (3,9 milyon kubmetr), Krasnoyarsk diyarı (3,7 milyon kubmetr), Arxangelsk vilayəti (1,9 milyon), Komi (1,3 milyon), Xabarovsk vilayəti  (1,3 milyon) başçılıq edir. Ən böyük ixracatçılar "Сегежа", "УЛК", "Титан", "Вологодские лесопромышленники", "Лузалес", "Тернейлес", "Лесресурс-Русфорест", "Алтайлес", "Илим Тимбер" və  "Череповецлес"  şirkətləridir.

Maliyyə     Tarix: 02 fevral 2024

Oxşar xəbərlər

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi