"Ötən il bank sektorunun əldə etdiyi faiz gəlirləri 4 mlrd. manat olub"

Bankların aktivlərinin həcmi 2024-cü ilin sonuna 53 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 7,8 faiz çoxdur.
Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bankların kredit portfelindəki artım qeyd olunan tempi 2,4 dəfə ötərək 18,5 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,5 milyard manat səviyyəsinə yüksəlib.
"Biznes kreditləri 17,2 faizlik artımla 14,8 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18,7 faiz olub. Depozit portfeli isə təqribən 9,1 faizlik artım ilə 37,7 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin depozitlərinin həcmi 13,6 faiz artaraq, 14,3 milyard manat səviyyəsinə çatıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 33,6 faiz təşkil etməkdədir", – deyə Zakir Nuriyev qeyd edib.
Zakir Nuriyev onu da əlavə edib ki, hesabat ilində bank sektorunun məcmu kapitalı 10,8 faiz (0,6 milyard manat) artaraq 6,2 milyard manata çatıb: "Bank sektorunun kapital adekvatlığı 17,6 faiz olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 faiz, digər banklar üçün 10 faiz) 1,7 dəfə üstələyib. Sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 milyard manat, mənfəətin həcmi isə 1044,3 milyon manat təşkil etməkdədir". / banker.az

Banklar     Tarix: 14 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri